Luivil, Kentakkidə yaşayan ana öz oğlunun transgender kimi ortaya çıxmasını (coming out) və onun 20-ci doğum gününü "Bu oğlandır" mövzulu foto çəkilişlə qeyd etdi. Fotosessiya sürətlə yayılaraq hər kəsin qəlbini fəth etdi. Hiter Lündberq Qrin şəkilləri əvvəlcə Facebook sosial şəbəkəsində sevgi və dəstək ismarıcı ilə paylaşmışdı. Cəmi bir həftədən sonra onun paylaşımı 15000 dəfədən çox paylaşılmışdı.


Oğlu Adrian Luivil Universitetində təhsil alır. O, anası və kiçik qardaşı Lukasa sentyabr ayında açılmışdı. 

“Səmimi desəm, o, mənə keçid dövründə olduğunu deyəndə bu yolda ona dəstək olacağıma qəti qərar verdim, amma bunu necə edəcəyimi bilmirdim” - Qrin deyib. “Mənim hər zaman LGBTİ icmasından olan dostlarım olub, di gəl ki, yenə də bir ana kimi hansı addımları atacağımı bilmirdim və hətta “mən səni sevirəm”dən başqa, hansı uyğun cavabı vermək lazım olduğunu bilmirdim. 


Çəkiliş ideyası ağlıma gəldi, çünki düşünürəm ki, onun həyatında bir çox mühüm mərhələni qeyd etdiyim kimi, bununla da təbii olaraq, qürurlanmalı idim. Mən Adriana gördüyündən daha çox dəstək olduğunu sübut etmək istəyirdim" -  deyə o, əlavə etdi.  

Transgender icma içərisində intihar cəhdi hallarının narahatlıq verici statistikasını qeyd etdi və bildirdi ki,  və həmin tədqiqatlara əsasən, rahatlayıcı ev mühitində böyüyən trans uşaqlar hər şeyin öhdəsindən digərlərinə nisbətən daha yaxşı gəlirlər.


"Biz keçid mərhələsinə başlayandan və bu yeni yolda rahatlaşandan sonra bu mühüm məqamımızı dostlarımızla bölüşmək istəyirdim."

Qrin əlavə edir: "Ümid edirdim ki, bu, onu dostları ilə bölüşməyə təşviq edəcək. Bununla da insanlar keçid dövrünün bir çoxlarının düşündüyü kimi “təcridolma və xəstələnmə” şəraitində deyil, sevinc və sevgi ilə də mümkün olduğunu görəcəklər.” Onun bu fəaliyyəti uşaqları təzəlikcə transgender kimi ortaya çıxan valideynlərə də təsir edir.


"Bir neçə nəfər bu fikri oğurlamaq üçün məndən xahiş edib, mənim cavabım isə “Əlbəttə, oğurlayın!” olub. Mən həqiqətən də çoxsaylı insanların paylaşımı bölüşməsinə görə şərəf duyuram; bu, mənim ailəmə dünyaları bəxş edir!" deyən Qrin əlavə edir ki, onun fotoşəkillərə görə aldığı dəstək "gücləndirici və həvəsləndiricidir.” 

"Dünyada hələ də yaxşı şeylər var və LGBTQIA icması xaricində bütöv bir icmanın dəstəyi var və onlar bu sevgini, qəbullanmanı göstərməyə hazırdır. Aldığımız minlərlə mesajdan yalnız bir nəfər nifrətə yağdırdı ... bu özlüyündə çox şey ifadə edir!"

Adrian Good Morning America-ya söyləyib ki, paylaşımın yayılması vasitəsilə, bu qədər çox adama kaminq aut etməsi "bir az qorxuducu, lakin həyəcanverici" idi, əlavə etdi ki, bu paylaşım sayəsində keçid dövründə bəzi əjdaha yoldaşlar da qazanıb.

"Gözəl zamanlar idi və məni dəstəkləyən belə möhtəşəm ailəyə sahib olmaq çox əla hissdir.”