Ukraynanın işğalına görə trans hüquqları günahlandırılıb
Sağçı media Rusiyanın Ukraynanı işğal etməsində trans hüquqlarını və Qürur bayraqlarını günahlandırıb
26/Feb/22
1824
Sağçı media Rusiyanın Ukraynanı işğal etməsində trans hüquqlarını və Qürur bayraqlarını günahlandırıb
ABŞ-ın sağçı mediası Rusiyanın Ukraynanın vəhşicəsinə işğalına görə trans hüquqları, Qürur bayraqları və “oyanıqlığı” günahlandırıb.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı 24 fevralda səhər tezdən Ukraynada “xüsusi hərbi əməliyyata” başlayıb və o vaxtdan bəri Rusiya hava və raket zərbələri ilə ölkənin böyük şəhərlərini hədəf alıb, quru qoşunları Ukraynaya daxil olub və yüzlərlə ukraynalı həyatını itirib.
İnsanlar Ukraynadakı zorakılıqlardan ümidsiz şəkildə qaçırlar. BMT-nin təxminlərinə görə, artıq 120,000-ə yaxın insan qaçıb və LGBTİ+ ukraynalılar xüsusilə risk altındadır.
Lakin bütün dünyada hökumətlər Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün mübarizə apararkən, ABŞ-ın sağçı mediası müharibəni və qan tökülməsini Qürur bayraqları və trans hüquqlarının üstünə atıb.
Daily Wire media platformasından olan Matt Walsh Rusiya işğalı başlayan kimi Twitterdə yazıb: “Hazırda mənim böyük qorxum odur ki, ordumuz onları bu ana hazırlamaq üçün kifayət qədər müxtəliflik təliminə malik deyil. Biz kifayət qədər lezbiyanı işə götürmüşükmü? Silahlı qüvvələrimiz kifayət qədər trans-inklüzivdirmi? Onlar ağ imtiyazları ilə üzləşiblərmi? Onlar sistemli irqçilik haqqında kifayət qədər məlumatlıdırlarmı? Bunlar hamımızı düşündürən suallardır”.
Fox News şərhçiləri Rusiyanın işğalına görə Qüruru və LGBTİ+ hüquqlarını günahlandırmaq üçün sıraya düzülüblər.
Lisa Boothe ABŞ-ın "zəif" olduğunu söyləyib, çünki "diqqətimiz dünyanın hər yerində Qürur bayraqlarını dalğalandırmaqdır", Taker Karlson isə Biden "dəyərlərimizi müdafiə etmək" deyəndə "trans hüquqlarını" nəzərdə tutduğunu deyib.
Powered by Froala Editor