Ariana DeBose Oskar tarixinə yazılıb
Ariana DeBose özünü Oskar tarixinə qalib gələn ilk rəngli dərili kuir qadın kimi yazıb: “Bizim üçün yer var”
28/Mar/22
1986
Ariana DeBose özünü Oskar tarixinə qalib gələn ilk rəngli dərili kuir qadın kimi yazıb: “Bizim üçün yer var”
Ariana DeBose West Side Story filmindəki möhtəşəm performansına görə Oskar qazanan ilk rəngli dərili açıq kuir qadın olmaqla tarix yazıb.
DeBose mükafatı almaq üçün Jessie Buckley, Aunjanue Ellis, Kirsten Dunst və Judi Dench kimi güclü rəqiblərlə yarışıb. Onun qələbəsi Rita Morenonun 1962-ci ildə West Side Story filminin orijinal adaptasiyasında Anita obrazına görə eyni kateqoriyada qalib olmasından 60 il sonra gəlib.
"Bu nədir?" emosional şəkildə Ariana DeBose Dolby Teatrında səhnədə deyib. "Bilirsiz necədir, indi Anitanın niyə "Amerikada olmaq istəyirəm" dediyini görürsüz, çünki yaşadığımız bu yorğun dünyada belə xəyallar gerçəkləşir və bu, həqiqətən də, ürəkaçan bir şeydir."
Aktyor daha sonra West Side Story filmini çəkdiyi dövrü "bir ömrün yayı" kimi təsvir edib. O, rejissor Stiven Spilberqə də hörmətlə yanaşaraq zarafat edib: “İndi mənimlə ilişib-qalmısan”.
Xüsusi həssas bir anda DeBose mərasimdə tamaşaçılar arasında əyləşən Morenoya hörmətini ifadə edib.
"Hazırda mənə baxırsız və mən çox minnətdaram ki, Anita mənim kimi yüzlərlə Anitaların yolunu açıb və mən sizi çox sevirəm."
Powered by Froala Editor