ABŞ pasportlar üçün X gender markerlərinin tezliklə tətbiq ediləcəyini təsdiqləyib

Transgender Görünürlük Günündə ABŞ iki həftədən az müddətdə pasportlarda X gender markerlərini tətbiq edəcəyini açıqlayıb.

ABŞ dövlət katibi Antony Blinke verdiyi açıqlamada X gender markerlərinin 11 aprel 2022-ci il tarixindən etibarən pasport müraciətlərində mövcud olacağını söyləyib.

Bu qərar Dövlət Departamentinin X gender markerlərinin 2021-ci ilin iyununda təqdim ediləcəyini və trans amerikalıların öz genderlərinin özlərinin elan edə biləcəklərini bildirməsindən sonra gəlib.

"Dövlət Departamenti gender kimliyindən asılı olmayaraq bütün ABŞ vətəndaşlarına daha yaxşı xidmət göstərmək üçün işimizdə daha bir mərhələyə çatıb", -deyə Blinken 31 mart cümə axşamı günü tətbiqi təsdiqləyib.

“Mən iyun ayında elan etmişdim ki, ABŞ pasportu ilə bağlı müraciət edənlər öz genderlərini özləri seçə bilərlər və seçilmiş gender digər vətəndaşlıq və ya şəxsiyyəti təsdiq edən sənədlərdən fərqli olsa belə, artıq heç bir tibbi sənəd təqdim etmələri tələb olunmur."

“Aprelin 11-dən etibarən ABŞ vətəndaşları ABŞ pasport müraciətlərində gender markeri olaraq X hərfi seçə biləcəklər və bu seçim gələn ildən digər sənədləşdirmə formaları üçün əlçatan olacaq”.



Powered by Froala Editor