Ukraynalı cütlük ölkələri üçün ölməyə hazır olduğunu deyib
Yan-yana döyüşən ukraynalı kuir cütlük ölkələrini Putindən müdafiə edərək ölməyə hazır olduğunu deyib
11/May/22
2065
Yan-yana döyüşən ukraynalı kuir cütlük ölkələrini Putindən müdafiə edərək ölməyə hazır olduğunu deyib
24 fevral 2022-ci ildə LGBTQ+ cütlük Oleksandr Jugan və Antonina Romanova Kiyevdəki mənzillərində Rusiyanın Ukraynanın şərq sərhədlərini zəbt etməsi xəbərini izləyib.
Onlar ertəsi gün səhər hamamda gecələdikdən sonra Ukraynanın Ərazi Müdafiə Qüvvələrinə qoşulmaq qərarına gəliblər. Juqan xatırlayaraq deyib: “Biz bir-birimizə baxıb dedik: 'Yaxşı, biz Ukraynanı müdafiə edəcəyik.'”
Nə 37 yaşlı gey Juganın, nə də onun 37 yaşlı trans qeyri-binar partnyoru Romanovanın əvvəl hər hansı hərbi təcrübəsi olmayıb.
Ukraynada hərbi xidmət məcburi olsa da, hər ikisi bu xidmətdən azad edilib. “Antoninanın səhhətində problemlər var idi və mənim valideynlərim əlil insanlardır, valideynlərim boşandıqda mən anama baxmalı idim”, - Jugan qeyd edib.
Cütlük xaki geyimində və bir cüt qulaqlıq paylaşaraq kazarmada yeməkxanadan müsahibə verib. Onlar tez-tez Kiyev ətrafında əks istiqamətlərdə patrul apardıqlarını deyib. Ona görə də, müsahibə bir araya gəlmək də görüşmək üçün bəhanə olub.
Powered by Froala Editor