17 May: “Bədənlərimiz həyatımızdır!”
Bu gün 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiya ilə Mübarizə Günüdür. Bu il 17 Mayın mövzusu “Bədənimiz, Həyatımız, Hüquqlarımız” olaraq müəyyən edilib
17/May/22
1484
17 May: “Bədənlərimiz həyatımızdır!”
Bu gün 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiya ilə Mübarizə Günüdür. Bu il 17 Mayın mövzusu “Bədənimiz, Həyatımız, Hüquqlarımız” olaraq müəyyən edilib.
17 May Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiya ilə Mübarizə Günümüz mübarək.
Bu il dünya üzrə bir çox LGBTİ+ təşkilatının iştirakı ilə 17 Mayın mövzusu “Bədənimiz, Həyatımız, Hüquqlarımız” olaraq təyin olunub.
Beynəlxalq 17 May Günü veb saytı mövzunu belə açıqlayıb:
“Vəkilliyin müxtəlif formalarının mümkün olduğu möhtəşəm mövzu: Seksuallığımızı yaşamaq və gender(lər)imizi sərbəst ifadə etmə hüquqlarımızı tələb etmək; eyni zamanda fiziki zorakılıqdan, 'terapiya' adlanan işgəncədən tutmuş məcburi sterilizasiyanın qadağan edilməsinə qədər hüquqlarımızı pozan hər bir məsələni gündəmə gətirmək.
Bu, bizə dünyada bir çoxumuzun bədənimizdə hər gün LGBTQİ-fobiya yaşadığını və bədənimizin istismar edildiyini və həyatımızı məhv etdiklərini xatırladan bir mövzudur. Bədənimiz bizim həyatımızdır. Bizim azadlıq və ləyaqət içində yaşamaq haqqımız var!”
Powered by Froala Editor