Fransa səfirliyindən 17 May mesajı
Fransanın Azərbaycandakı səfirliyi 17 may IDAHOBIT Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıb
18/May/22
1331
Fransa səfirliyindən 17 May mesajı
Dünən Fransanın Azərbaycandakı səfirliyi 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıb.
Səfirlik Fransa Xarici İşlər Nazirliyinin paylaşımını azərbaycanca tərcümə edərək: “Homofobiya, transfobiya və bifobiyaya qarşı mübarizə Fransanın xüsusi səylə apardığı daimi mübarizədir. Fransa homoseksuallığın universal dekriminalizasiya hədəfini dəstəkləyir: #LoveIsLove,” - deyə qeyd edib.
Fransa XİN həm BMT daxilində, həm də BMT-dən kənarda homoseksuallığın dekriminallaşdırılmasında və dünyada LGBTİ+lərə qarşı stiqma və ciddi insan hüquq pozuntularına qarşı mübarizədə aktiv iştirak etdiyini qeyd edib.
Fransanın Xarici İşlər Nazirliyi təəssüf hissilə "həddən artıq çox ölkədə lezbiyan, gey, biseksual, transgender və interseks (LGBTİ) insanlar zorakılıq, işgəncə, əsassız həbslər, təqib, ayrı-seçkilik və hətta qətllərin qurbanı olmaqda davam edirlər" - deyə bildirib. XİN həmçinin cinayətkarların cəzasız qalması və müvafiq hüquq-mühafizə orqanlarının baş verən cinayətlərə qarşı heç bir tədbir görməmələrini də pisləyib.
Powered by Froala Editor