Əvəz Hafizlinin qatilinə 9 il 6 ay həbs cəzası
Bu gün, 29 iyul saat 15.30-da Əvəz Hafizlinin (Şıxməmmədov) qətli ilə bağlı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
29/Jul/22
1668
Əvəz Hafizlinin qatilinə 9 il 6 ay həbs cəzası
Bu gün, 29 iyul saat 15.30-da Əvəz Hafizlinin (Şıxməmmədov) qətli ilə bağlı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Əmrulla Güləliyev Əvəzin qətlində təqsirli bilinərək, 9 il 6 ay müddətinə həbs edilib.
Hakim öz çıxışında cinayətin haqlı olaraq, CM-in 120.1-ci maddəsi ilə tövsif edildiyini və Güləliyevin əməllərində ağırlaşdırıcı hallarln olmadığını bildirib. Onun könüllü şəkildə 12-ci polis bölməsinə təslim olması, cinayət alətini təhvil verməsi, əməlindən peşmançılıq çəkməsi, eləcə də zərərçəkmişin hüquqi varisinin cinayətkarla barışmış olması yüngülləşdirici hallar hesab edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il 6 ay müddətinə həbs cəzası istəyib.
Məhkəmə iclasından sonra müsahibə verən LGBTQ+ fəalları Əli Məlikov, Gülnara Mehdiyeva verilən cəza ilə razı olmadıqlarını bildiriblər. Onlar qətlin nifrət cinayəti olduğuna diqqət çəkiblər və eyni zamanda Əvəz Hafizlini hədəf göstərən blogger Sevinc Hüseynovanın, Əvəz Hafizlinin şikayətlərinə baxmayan dövlət qurumlarının məsuliyyətə cəlb edilməməsinə etiraz ediblər.
Powered by Froala Editor