Bakıda trans qadın seksual qısnamaya məruz qalıb
19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb
14/Aug/22
2315
Bakıda trans qadın seksual qısnamaya məruz qalıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı xəbər verir ki, 19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb. Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi bu dəfə belindən tutaraq özünə tərəf çəkib və penisini ona sürtməyə davam edib.
“Həmin anda psixoloji sarsıntı keçirdiyim üçün panikaya qapılmışdım, heç kimdən kömək istəyə bilmədim”, - deyə Karmen bildirib. “Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım. İyrənc idi, ürəyim bulanırdı”, - deyə o, əlavə edib.
“Metrodan uzaqlaşdım, rəfiqələrimin yanına getdim. Baş verənləri onlara danışdım. Onlar mənə izah etdilər ki, bu, yanlış bir şeydir. Səsini çıxardıb kömək istəyərdin. Mən isə donub qaldığım üçün nə edəcəyimi düşünə bilməmişdim.”
Axşam saat 10 radələrində Karmen 20 Yanvar metro stansiyası yaxınlığında avtobus gözləyərkən yenidən başqa bir kişi tərəfindən zorakılıqla qarşılaşıb. Naməlum şəxs onu izləyərək seks təklif edib. “Avtobusun gəlmədiyini görüb, 92 nömrəli avtobusun buradan keçib-keçmədiyini soruşdum. Bir qədər dayancaqda gözlədim, avtobus gəlmədiyi üçün ayaqla getməyi qərarı aldım. Yolla gedərkən bir nəfərin məni izlədiyini hiss etdim”, - deyə Karmen bildirib.
Zərərçəkənin sözlərinə görə, onun arxasınca düşən şəxs qaçaraq ona yaxınlaşıb və Biləcəriyə necə gedəcəyini soruşub. Daha sonra isə “sizdə qız gözəlliyi var” deyərək, “cinsiyyət orqanını ağzında hiss etməyi” təklif edib və yol boyunca davamlı şəkildə bu fikirləri təkrar edib. Bir qədər getdikdən sonra, nəhayət, zərərçəkən həmin şəxsdən qurtularaq, izi itirməyə nail olub.
Powered by Froala Editor