“A və 24 digərləri” filmi Sevilfestdə

Avqustun 15-i Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında Vüsalə Hacıyevanın “A və 24 digərləri” filmi nümayiş olunub. 

Film 2017-ci ilin sentyabr ayında Azərbaycanda LGBTİ+ icmasına qarşı baş verən kütləvi həbslərdən bəhs edir. Saxlanılanların əksəriyyətinin trans qadın olduğu bu həbslər ölkənin LGBTİ+ icması üzvlərinin həyatlarında ciddi iz buraxıb.


Filmin rejissoru Vüsalə Hacıyeva trans qadındır. O, Azərbaycanda yaşadığı təzyiqlərdən dolayı Gürcüstanın Tbilisi şəhərinə yerləşib. Vüsalə gənc rejissor olmaqla yanaşı, həmçinin sosial şəbəkələrdə kuir mövzusunda mikrobloggerlik və maarifləndirmə fəaliyyəti ilə məşğul olur.

Filmin nümayiş olunduğu Sevil festivalı Azərbaycanda artıq 3-cü dəfədir ki, keçirilir. Festival müxtəlif ölkələrdən olan sənədli filmləri Azərbaycan izləyicisinə təqdim edərək gender məsələləri ilə bağlı müzakirələrə yol açır.  

Aygün Rəşidovanın təsis etdiyi bu müstəqil və qeyri-kommersiya məqsədli festival bu ilin 13-20 avqust tarixlərində Bakı, Şəki və Lənkəranda baş tutacaq. 



Powered by Froala Editor