"Parents" jurnalının yeni üz qabığı tarixi hadisədir
1926-cı ildən bu yana hər ay çıxan “Parents” jurnalı 2019-cu il fevral ayı üçün olan üz qabığında homoseksual valideynlərə yer verib.
17/Feb/19
8305
“Parents” (“Valideynlər”) jurnalı 92 illik tarixində ilk dəfə üz qabığında homoseksual valideynlərə yer verib.
1926-cı ildən bu yana hər ay çıxan “Parents” jurnalı 2019-cu il fevral ayı üçün olan üz qabığında homoseksual valideynlərə yer verib. Jurnal tarixi üçün bir ilk olan bu üz qabığında idmançı Şon Tomson və həyat yoldaşı Skot Bloker ilə birlikdə altı yumurtahüceyrə ianəçisi, beş vəkil, iki həkim ilə on ikinci sınaqdan sonra dünyaya gələn bir yaşlı əkizləri Silas və Sander yer alıb. Tomson və Blokerin daşıyıcı ana müddətini izah etdikləri müsahibə və ailə fotoları da jurnalın önə çıxardığı məzmun arasındadır.
One Million Moms (Bir milyon ana) adlı Amerikan Ailə Birliyinə bağlı mühafizəkar xristian qrup isə jurnalın üz qabığının yanvar ayının son həftəsində yayımlanmasından sonra hərəkətə keçib. “Valideynlər jurnalını homoseksuallığı yaymaq üçün istifadə edirlər. Ailələr üzvlüyə yazılmasa da, bu jurnallar stomotoloqların və həkimlərin gözləmə otaqlarına qoyulur ki, uşaqlar rahat əldə edə bilsinlər”, - deyərək jurnalı boykota çağıran kampaniyaya başladı. Jurnal geriyə bircə addım belə atmadı.