Heteronormativlik nədir? - Üçüncü Hissə

Oxumağa başlamazdan öncə qeyd: mətndə qeyd edilən qadın və kişi ifadələri heteronormativlik daxilində, fərzedilən cis-het-binar gender rollarını ifadə edir.

Gender rollarının digər komponenti də seks ilə bağlı utanc və məhdudlaşdırmadır. Bu, qadın*ın bəkarətinə dair hetero-seksist düşüncələri, həzz və həzzalma ilə bağlı ikili standartları və kink-şeyminqi (seksual fetişlərə görə utandırma-red.) ehtiva edir. Bir qadın*ın bəkarəti, qadın*ın əmtəə olduğu və dəyər verdiyi tək şeyin saflığı olduğu yönündəki dini və partiarxal ideyalardan gəlir. 

Bu, sadəcə lənət olunası bir sosial konstruksiyadır. Bir kişinin həzzi qadın*ın seks zamanı rahatlığından və mümkün olan ağrısından daha çox prioritetdə tutulur. Gender rolları altında kişiyə həzz vermək və boşalmasından əmin olmaq qadının vəzifəsi hesab olunur. Bu təhlükəli baxış bucağı qadın*lara fiziki və emosional baxımdan zərər verə bilər, ona görə ki, əksər hallarda kişilər zərər verdiklərinin fərqində olmur. Çünki heteronormativlik daxilində onlar qadın*ın necə hiss etdiyinə fokuslanmırlar. Bu, məyusluq yaradan seks gerçəkləri və partnyoruna seks zamanı əslində nələrdən zövq aldığını demək qorxusu ilə ziddiyyət təşkil edir. Seksə kişilərə güc verən bir şey imiş kimi yanaşılır, amma qadınlar* üçün seks utanılacaq bir şeydir. Kişilərə cəmiyyət tərəfindən daha çox seksual azadlıq verilir; bədən sayının çoxluğu bir mükafatdır.

Gender rolları seksi heteroseksual, cisgender kişilərin perspektivi ilə düşünməyimizə səbəb olur. Nümunə olaraq, kişilərə həyatın bütün aspektlərində, xüsusilə qadınların əhatəsində bir növ dominant maskulin varlıq olmalı olduqları söylənir. Kişilər və qadınlara bir güc fərqi tətbiq olunur ki, bu da kişilərin seksual dominantlığını artırır və qadınların həzzini görməzdən gəlir. İnternet kişilərin klitoru tapa bilməmələri və ya heteroseksual qadınların seksdən həzz ala bilməməsi və bunu həyat yoldaşlarından, sevgililərindən və s. bir şey əldə etmək üçün necə istifadə etdiklərinə dair zarafatlarla doludur.

Seksin öyrədilmə üsulu utancverici şəkildə tərəflidir. Orta məktəbdə sadəcə kişi* boşalması və müdafiəsi haqqında öyrədilir (Əlavə: Yazının müəllifi yaşadığı ölkənin kontekstindən misal gətirir. Azərbaycanda orta məktəblərdə cinsi tərbiyə dərsləri keçirilmədiyi üçün genitaliya barədə məlumat yalnız 9-cu sinif dərsliklərində, reproduksiya mövzusu daxilində yer alır. Seks çoxalma vasitəsi kimi təqdim olunduğundan həzz mövzusu ilə bağlı xarici genitaliya, xüsusilə qadın* genitaliyası barədə məlumatlar qeyd edilmir – red.) Kursun Sex Ed (Seks Təhsili) olmasına və hamiləlik və uşağın inkişafına yönəlmiş olmasına baxmayaraq uşaq ikən belə bizə seksin kişi iştirakçılığı ilə başlayıb-bitdiyi öyrədilir. Kişilər üçün seksual güc anlayışı partriarxal normaları gücləndirən heteronormativlikdən qaynaqlanır. Gənc yaşlardan etibarən öyrədilən seks aktı hamiləliyin təminini üçün kişi* boşalmasına fokuslanıb. Uşaqlar böyüdükcə və seksual olaraq aktiv olmağa başladıqca oğlanların çoxu masturbasiya etməyə və ereksiya olmağa təşviq edilərkən eyni zamanda qızların əksəriyyətinin masturbasiyanın onlar üçün də mövcud olduğu haqqında heç bir ideyası yoxdur. Kişilərə öz seksuallıqlarına sahib olmaq və bundan həzz almaq gücü verilərkənqadınlar öz seksuallıqlarını kəşf etməyə, hətta öyənməyə təşviq olunmur.

Seksə kişilərin perspektivindən diqqət yetirilməsi bizə qadınları aşağı görmənin sonu gəlməyən tarixini daha yaxşı anlamağa kömək edə bilər. Qadın seksuallığı və seksual dinamikaları patriarxal heteronormativliyin ayaqları altında yox edilir, ona görə ki, əgər kişi hər kəsin lənət olunası həyatının hər bir aspektində gücə sahib ola bilmirsə, heteronormativ bir rolda necə dəyər sahibi ola bilər?

Bəlkə də özünüzdən soruşursunuz ki, necə kömək etməlisiniz? Belə bir sarsıdılmaz görünən təməllə inşa edilən sistemi necə düzəltmək etmək olar?

Yeni başlayanlar üçün öncə qeyd etmək lazımdır ki, heç də sarsıdılmaz deyil. Bir çox toplum seksuallıq və gender spektrumuna hörmətlə yaşamışdır. Daha əvvəl vurğuladığımız kimi, seksuallıq və gender azadlığına inanan Yerli xalqlar vardı və var. Heteronormtivlikdən uzaq bir dünyada yaşamaq mümkündür. Seksuallıq və gender əsaslı diskriminasiyanın kapitallaşdırılmadığı bir dünyada.

Dəyişiklik yaratmağın ən çətin qismi başlamaqdır. Daxildən başlayın və nümunələrlə göstərin. Trans və qeyri-binar insanlar üçün normallaşdırmaq məqsədilə öz gender əvəzliklərinizi sosial media hesablarınızda yazın. Müxtəlifliyi dəstəkləyin, hüquq müdafiəçisi olun, kimsə sizi izləmədiyi zaman belə dəstəkləyin. Paradlara və mitinqlərə gedin (unutmayın ki, yenə də təhlükəsizliyiniz ön planda gəlir, özünüzü bu barədə təzyiq altında hiss etməyin), dar zehniyyətliliyə qarşı çıxın. LGBTIQ+ gənclər üçün olan qurumları və ianə kampaniyalarını dəstəkləyin. Ətrafınızdakılara öyrədin. LGBTIQ+ icmasını dəstəkləyən yüzlərlə təşkilat var (Azərbaycanda say qeyd edilən qədər çox olmasa da, yenə də dəstək tapa, etibar edə biləcəyiniz bir neçə təşəbbüs mövcuddur - red.). The Trans Women of Color Solidarity Network və/və ya the United Territories of Pacific Islanders Alliance qeyri-ağdərili trans qadınları dəstəkləyən bəzi qurumlardır. Bu icmalar sosial ədalət üçün hüquq müdafiəçiliyi etməklə bərabər təhlükəsiz və dəstəkləyici bir mühit təmin edir. Əgər bizlər bir-birimiz üçün ortaya çıxmasaq, hamının susduğu zaman kim ortaya çıxacaq? Heteronormativliyin beyin yumasını aradan qaldırmağı və fərqindəliyi yaymağı bacardığımız zaman heteronormativ kultur həyatımızda sahib olduğu bütün dayaqları itirəcəkdir.


Tərcümə: Raven

Mənbə: femmagazine.com



Powered by Froala Editor