Türkiyənin "Madonna"sı həbs edilib
Türkiyə LGBTİ+ dərnəkləri qanunsuz olaraq həbs edilən Gülşən üçün birgə bəyanat yayıb
27/Aug/22
948
Türkiyə LGBTİ+ dərnəklərindən bəyanat: Gülşənə azadlıq!
Türkiyədə LGBTİ+ dərnəkləri aprel ayında verdiyi konsertdə həmkarları ilə etdiyi çıxışa görə qanunsuz olaraq həbs edilən Gülşən üçün birgə bəyanat yayıb.
Bəyanatda LGBTİ+ dərnəkləri: “LGBTİ+lərin və qadınların həbs olunmağa çalışıldığı qaranlığa son zamanlar qatıldığı hər konsertində cavab verən Gülşənə edilən hədə-qorxu, LGBTİ+lərin tərəfində olan bütün fərdlərə, qurumlara və qeyri-hökumət təşkilatlarına edilən hədə-qorxudur”, - deyilib.
Bəyanatın tam mətnini təqdim edirik:
“Gülşən aylar əvvəl konsertində dediyi və daha sonra üzr istədiyi sözlər bəhanəsi ilə həbs edilib!
LGBTİ+lərin və qadınların həbs olunmağa çalışıldığı qaranlığa son zamanlar qatıldığı hər konsertində cavab verən Gülşənə edilən hədə-qorxu, LGBTİ+lərin tərəfində olan bütün fərdlərə, qurumlara və qeyri-hökumət təşkilatlarına edilən və hər kəsi susdurmağa çalışan hədə-qorxudur. Bundan xəbərdarıq!
“Bilirik ki, siz LGBTİ+lərə qarşı apardığınız savaşda LGBTİ+lərin yanında olan hər kəsə və hər bir quruma təzyiq, cəza, təhdid və qadağa siyasətləri ilə LGBTİ+ləri təcrid etməyə çalışırsınız!
“Cəmiyyətin təzyiqlər, təhdidlər, qadağalar və cəzalarla qütbləşməsinə; ifadə azadlığına, sənətin bütün sahələrində təzyiq və qadağalara qarşı Gülşənin yanındayıq!
“LGBTİ+ləri və LGBTİ+lərin yanında olan, dəstəkləyən sənətçiləri, hüquq müdafiəçilərini, LGBTİ+ assosiasiyalarını və qeyri-hökumət təşkilatlarını hədəf almağı dayandırın!
Gülşənə azadlıq!"
İmzalayanlar:
17 Mayıs Derneği, Genç LGBTI+ Derneği, Gökkuşağı Aileleri Derneği (GALADER), HEVI LGBTI+ Derneği, Kaos GL Derneği, Kırmızı Şemsiye Derneği, Lambdaistanbul LGBTI+ Dayanışma Derneği, LİSTAG, Mersin 7 Renk LGBT, Muamma LGBTI+ Derneği, Özgür Renkler Derneği, Pembe Hayat LGBTI+ Dayanışma Derneği, SPoD, UniKuir Derneği
Powered by Froala Editor