“Mən FEMENəm” (“Je suis Femen”, İsveçrə, 2014)
Filmin müəllifi: Alen Marqo
Filmin müddəti: 1 saat 30 dəq.



Sənədli film Ukraynanın FEMEN qadın hərəkatını işıqlandırır. Onlar bəzi feministlər tərəfindən dəstəklənsə də, bəzilərinin qınaq obyektidir. FEMENin epataj etiraz aksiyaları Ukrayna hüdudlarından kənara çıxır. Hadisələrin episentrində isə hərəkatın həmtəsisçilərindən biri, gənc aktivist, rəssam Oksana Şaçkodur. Film Oksananın timsalında hərəkatın məqsədlərindən, mübarizəsindən və qarşılaşdığı çətinliklərdən danışır.
Oksana filmin yayımından 4 il sonra, Fransada mühacirətdə intihar etmişdir.


Film rus dilində, azərbaycanca altyazı ilə nümayiş olunacaq.

Ünvan: Caspian Platforum, Caspian Plaza, 1-ci korpus, 8-ci mərtəbə, Cəfər Cabbarlı küçəsi, 44.
Vaxt: 10 mart, saat 16.00

GİRİŞ SƏRBƏSTDİR.