Stounvol təşkilatı “Sevdiyim LGBT qəhrəman” silsiləsini başladıb: Mövlanə, Keyt Bornşteyn, Sara və Debbi xala…

Birləşmiş Krallığın ən böyük LGBTİ fondu olan Stonewall “Sevdiyim LGBT qəhrəman” silsiləsini başladıb. Təşkilat fevral ayı boyunca işçilərin “qəhrəmanlarını” yayımlayıb. 

Keyt Bornşteyn 

Beynəlxalq Proqram Koordinatoru Liz Yakobsun qəhrəmanı Keyt Bornşteyn: 

“Qəhrəmanım qeyri-binar kvir aktivist və yazıçı Keytdir. Çünki insanların peşmanlıq hissi yaşamadan rahat yaşamaqları üçün bir yol açmış olub. Hamımız Keyt kimi olmalıyıq.”

Mövlanə 

Proqram İnkişaf Koordinatoru Qeysər Siddiqinin qəhrəmanı isə Mövlanə Cəlaləddin Rumidir:

“Çünki Mövlanə Cəlaləddin Rumi mistik şeirləri və seksuallıq və seksual oriyentasiya ikiliklərini darmadağın edən inancında ifadə etdiyi bir axtarış sayəsində heyranlarına ilham verirdi.”


Sara və Debbi

Resurs İnkişafı Koordinatoru Adeleydanın qəhrəmanı isə Sara və Debbi xalası:

“Mənim qəhrəmanlarım tarix yazmış şəxslər deyil: Sara və Debbi xalamdır. Sevgi dolu bir lezbiyan münasibət yaşayan qohumlarla birlikdə böyümək -  tənha olmadığımı bilmək üçün küçəyə çıxmağıma ehtiyac olmadığı mənasına gəlirdi.”

Silsilənin davamını izləmək üçün Twitter-də #LGBThero heşteqinə nəzər sala bilərsiz.