'Ağzıma sığmırdı, məyus edəcəyimdəm qorxdum'

İntim təcrübələr getdikcə daha çox yayılır, lakin xüsusi zövq ala biləcəyiniz insanı necə seçmək olar?  

Bu dəfə məhz belə bir görüş təsadüfən oldu - ondan heç bir xüsusi gözlənti yox idi, ona görə də, aramızdakı təmas xüsusilə ehtiraslı oldu. 

Onun adı Elşaddır, 29 yaşı var, normal qazanır, yaraşıqlı və baxımlı görünür, bədəninə, sağlamlığına və qidalanmasına xüsusi diqqət yetirir. O, bahalı yerlədə ‘takılır’, təmizlik və disiplin mövzusunda bir az seçicidir, mehribandır. 

Tanışlıq tətbiqi olan Grindr-da tanış olduq və dərhal yazışmalarımızda ümumi dil tapdıq. Bir-birimizə çılpaq şəkillər atmadıq, intim mövzular da getmədi aramızda, bütün günü yazışdıq, alətlərimizin ölçüsü haqqında yüngülcə zarafatlaşdıq, belə də, dostyana zarafatlaşma kimi. Bu ölçü məsələsinə isə sonra qayıdacağıq. 

Hər şey sürətlə baş verdi, bütün son tanışlıqlarım kimi. Mesaj yazmağa başladığımız gün gecə yarısı yatmağa hazırlaşırdım və yatmazdan əvvəl, türkiyəlilər demiş, 31 çəkmək qərarına gəldim. Bir neçə saatlıq sükutdan sonra Elşad mesajıma cavab verdi və elə yaxınlıqdakı binaların birində yerləşən mənzildə kirayə qaldığını dedi. 

Bir az fikirləşdim və ona yazdım ki, istəyirsə, gələ bilər. “3 Body Problem” serialına baxdıqdan sonra gecə söhbətləri havasında idim və yuxum da qaçmışdı. Elşad əynini dəyişib, təxminən 15-20 dəqiqə sonra burada olacağını dedi. 

Görüşəndə daha tez dil tapdıq - qısası, vibe əla idi. Özünü çox rahat aparırdı və bu da mənə çox yaxşı təsir bağışladı. 

Divanda oturub bir xeyli söhbət etdik. Sonra o, telefonunu götürmək üçün ayağa qalxdı və baxışlarım təsadüfən şalvarından aydın görünən nəhəng təpəciyə tuş gəldi. Sakitcə udqundum, guya heç nə görməmişəm. 

Sonra bir az Netflix-də qurdalandıq, bir az da söhbət etdik. O, saata baxdı, mən də gecə məndə qalmağı təklif etdim. Təəccüblüdür ki, arada maraqlı vibe olduğu üçün heç ayrılmaq istəmirdim. Hazırlaşıb yatağa keçdik və hər şey öz-özünə oldu. Təxminən iki saat davam edən qısa bir yuxu üçün fasilələrlə iki dəfə.

Emosional təmasda qeyri-adi bir şey var idi. Hiss edirdim ki, o, mənim öyrəşdiyim seksi yaxşı başa düşür. Bir müddət Berlində yaşayandan sonra seksə baxışım dəyişmişdi. Elə oldu ki, bu təmas seksual yaxınlığımız üçün güclü katalizator oldu. 

Elşad “ilin oral seksi” laureatına layiqdir. İl də hələ yarımdır, tez qeyd etmiş olmayım. Lakin uzun müddətdir heç kim penisimlə belə şeylər etməmişdi. Onunla olan anlar məni harasa daha həssas və çoxdan unudulmuş bir həzz vəziyyətinə aparırdı. Onun iniltiləri, bacarıqları, toxunuşları, baş verənlərə reaksiyaları - penisimi o qədər sərtləşdirdi ki, arada partlayacağını düşünürdüm. 

Bu oğlanın penisini ayrıca sənət növü adlandırmaq olar. Elşadın boyu haradasa 177 sm olardı, penisinin uzunluğu təxminən 19 sm, gövdəsi isə inanılmaz qalın idi. Mənim isə çox böyük əllərim, uzun barmaqlarım və geniş ovuclarım var - boyumun 182 sm olduğunu düşünün yəni. Bir əlimlə belə onun penisini tamamilə tutmaq mümkün deyildi. Ağzıma almaq barəsində qərarsız qalmışdım, tam ala bilməyib, Elşadı məyus edəcəyimdən qorxdum. 

Seksdən əvvəl və sonra söhbətlərimiz xüsusilə həzz verdi. Biz ümumi dil tapdıq və dərhal bir-birimizdən nə istədiyimizi danışmaqdan çəkinmədik. O, hisslərini ifadə etməkdə mümkün qədər rahat və sərbəst idi - bu, həmişə çox cəlbedicidir. 

Bu oğlan qurtarandan sonra ona toxunmaq və ya yenidən öpmək kifayət idi - ereksiyası dərhal geri qayıdırdı. Axırıncı dəfə Türkiyədə belə bir partnyorum olmuşdu, adı Umutcan idi və hər seks bitdikdən sonra 10-15 dəqiqəyə yaxın ereksiyası qalırdı. O, özü ilə yarışa girmiş kimi təkrar-təkrar davam edə bilərdi. 

İkinci dəfədən sonra artıq yatmağa getmədik. Elşadla birlikdə duş aldıq və yaxınlıqdakı kofeşopa getdik. Sağollaşdıq və işimizə davam etdik, çox yuxulu idim. Sanki fiziki və emosional olaraq tam doymadım. 

Kofe içəndən sonra evə yorğun və eyni zamanda da çox sevincli gəldim. Yatmaq istəmirdim, seksimizlə bağlı xatirələr dərhal mənə güc verdi və başladığımı davam etdirmək üçün onunla yenidən görüşmək istərdim.

Müəllif: Kərim 

Powered by Froala Editor