The famous model came-aut
Formerly known as Natalie Westling, Nathan Westling, in the interview to CNN came-out as transgender male. According to him, he has already passed the testosterone admission course.
21/Mar/19
7448
Əvvəllər Natali Vestlinq kimi tanınan model Natan Vestlinq CNN-ə verdiyi müsahibəsində transgender kişi kimi kaminq-aut etdi. Onun sözlərinə görə, o, artıq testesteron qəbulu kursunu keçib.
Natan deyib ki: “Əvvəlcə, bu çox çətin idi. Keçidin ilk iki ayı ağır oldu və fiziki dəyişikliklər baş verənə qədər də belə davam etdi. Bu proses psixoloji vəziyyətimin də dəyişməsi ilə müşayiət olunurdu. Nəticədə isə mən, nəhayət, canlandım və yaşamağa başladım. Xoşbəxtəm. Əvvəllər yaşadığım vəziyyətə geri qayıtmağı heç təsəvvür də etmirəm, çünki bu, sadəcə dəhşət idi”.
Qeyd edək ki, gənc model çoxlu sayda məşhur brendlərin reklam kampaniyalarında və nümayişlərində iştirak edib. Onların arasında Marc Jacobs, Chanel, Versace və Louis Vuitton da var.