1. Özunuz haqqında maraqlı faktlar.

Mən Aştanqa yoqası ilə mütəmadı məşqul oluram. İşimdə ilham axtarmaq üçün daima səyahət edirəm. Həyatım San Fransisko və Nyu Yorkdan ibarətdir. Özümü activist rəssam adlandırıram.

2. Braden üçün fotoqrafiya nə deməkdir?

Özümü mən sadəcə fotoqraf deyil, foto ilə rəsm əsəri yaradan rəssam kimi görürəm. Fotoqrafiya da mənim özümü rəssam kimi ifadə formamdır. Bu mənim ətrafdakı insanlarla, dünya ilə ən effektiv ünsiyyət tərzi, öz fikirlərimi, hisslərimi ifadə şəklidir.

3. Fotoqraf kimi qarşılaşdığınız ən böyük çətinlik.

Deyərdim ki, mənim üçün dəyərli və vacib olan müştərilərimi razı salmaq, zamanla ayaqlaşmaq və bu cür rəqabətli bazarda öz yerini qoruyub saxlamaq heç də asand deyil. Yaratdığın işlərin sevilməsi və yeni insanları cəlb edə bilməsi uğrunda çalışmaq mənim üçün bitməyən bir mübarizədir.

4. Kim və nə sizi ilhamnlandırır?

Dəyişiklik edə bilmək mənim üçün ən böyük ilham mənbəyidir. Bundan əlavə ilham aldığım rəssamlar JR, Eugenio Recuenco, Alex Prager, Lucien Freud, Kees Van Dongen, Marilyn Minter və Erwin Olafdır.

5. “Bütün sevgilər bərabərdir” bu ideya sizə haradan gəldi?

“Bütün sevgilər bərabərdir” eynicinsli sevgililər arasındakı romantik hissləri əks etdirən və mənim 2013-cü ildə başladığım bir proektdir. Parisdən Amerikaya köçməzdən 6 ay əvvəl bu fikrə gəldim və bu mənim sevgilimin sayəsində baş tutdu. Öz portfoliyomu genişləndirmək üçün ideya axtarışında olduğum zaman sevgilim mənə homoseksual sevgi haqqında bir proekt etməymi təklif etdi və o an niye özümün də gey olmasına baxmayaraq bu mövzuya qarşı bu dərəcə kor olduğuma təəccübləndim. İlk fotonu London körpüsündə əl-ələ tutan gey cütlüklə çəkdik və sosial mediyada çox böyük maraqla, müsbət fikirlərlə qarşılandı və bu proektin və mənim şəxsən “inqilabımın” başlanğıcı oldu.

6. Azərbaycan haqqında nə bilirsiniz?

Səmimi olaraq deyim ki, Azərbaycan haqqında o qədər də çox şey bilmirəm. O coğrafiya haqqında daha çox məlumat almaq istəyirəm. Turkiyədə və Livanda olduqdan sonra Azərbaycanı da o cür təsəvvür edirəm və yaxın gələcəkdə bunu öz gözlərimlə görməyə hazırlaşıram.

7. Öz “Bütün sevgilər bərabərdir” proektinizə Azərbaycanlı homoseksual sevgililəri də əlavə etmək istəyərdinizmi?

Fikirləşirəm ki, bütün mədəniyyətləri əks etdirən homoseksual cütlüklər çox böyük sosial dəyişiklik gətirə bilər. Bununla bağlı Kickstarter saytında hal-hazırda kompaniya başlatmışam. Lazımı vəsait yığılsa daha çox yerlərə səyahət edib, daha çox cütlüklərlə işləmək istəyərəm. Əgər konkret Azərbaycanı desək, əlbəttə ki, bunu çox istəyərdim. Lazımı xərcləri öhtəsinə götürəcək şirkət və ya sponsor olsa bunu hər an etməyə hazıram.

8. Özünüzə qarşı heç ayrıseçkilik hiss etmisinizmi?

Bəzi xırda təhqiramiz ifadələr eşitmişəm əlbətdə ki. Lakin, bunların heç biri məni şoka salacaq və ya psixoloji travma yaşadacaq səviyyədə olmayıb. Bunun mənim bəxtimdən və ya yaşadığım şəhərlərin homoseksuallara münasibətlərinin rahat olamasından irəli gəldiyini hələ də bilmirəm.

9. Konservativ ölkələrdən olan LGBTI fərdlərinə nə məsləhət verərdiniz?

Hər şeydən öncə özünüzü qoruyun. Mənim üçün əlbəttə “Özünüz olun!” deyə qışqırmaq çox asand olardı. Lakin, başa düşürəm ki, bu o ölkələrdə yaşayan insanlar üçün o qədər. 

10. Minoriti oxucuları ilə öz planlarınızı bölüşə bilərsinizmi?

Mən 2016-cı ilin əvvəli Haiti və El Salvadora səyahət etməyi planlaşdırıram. Oraya ehtiyacı olan insanlara ev tikməklə məşğul olan bir təşkilatın işlərini işıqlandırmaq üçün gedəcəm. Bununla yanaşı Afrikada su krizisi ilə bağlı proekt üzərində işləyəcəm. Həmçinin LGBTI cəmiyyəti ilə bağlı da fəlaliyyətimi davam etdirməkdə qətiyyətliyəm.