Where does "petookh"* come?
We will tackle the phrases homophobes invented in this article. (*Petookh is locally used version of faggot)
15/May/19
14355
Bu “petux” haradan çıxdı?
Deyilənlərə görə, bu, keçmiş “vor” söhbətlərindən olub. Zarafat edirik, “vor aləmində” belə söhbətlər ola bilməz , narahat olmayın. Bununla bağlı bir neçə hekayə var. Onlardan çox danışılanı məhz elə türmə xatirələrindən qaynaqlanır. Məhbuslar arasında mübahisələr, əsasən, hər hansı bir məlumat sızan zaman yaşanırdı və məlumatı xəbərləyənlər zorlanırdı. Xəbərçilərə “banladıqlarına” görə “petux” damğası vurulurdu. Məhbuslar arasında eynicinsli cinsi əlaqə yaşanan zaman passiv tərəflərə də bu cür müraciət olunurdu. Daha bir versiya isə ən xoşuma gələnidir: Yunanıstanda eynicinsli münasibətdə olan kişilər bir-birinə xoruz hədiyyə edirmiş. Sizcə də, çox şirin deyilmi? Bəs bu millət “petux” sözündən niyə bu qədər utanır?
Belə baxanda 20-ci əsrdə Amerikada “QUEER” (“kvir) sözü bizim “petux” mənasında olub. Sonra LGBTQİ+ icması bu sözü mənimsəməyə başladı və 1990-cı il iyun ayında keçirilən “New York Gay Pride Parade”-da anonim şəxs tərəfindən paylanan flayerin üzərində yazılan “peçat söhbətdən”sonra bu söz fəxrlə işlənməyə başlandı. Əslinə qalsa, xoruz da marjinal bir heyvandır da, niyə təhqir kimi qəbul edək?
Mavi cinslər, rəngli köynəklər
Bildiyimiz kimi mavi sözü bizə rus dilindən keçmişdir. Bəs “qoluboy” sözü necə oldu ki, SSRİ dövründə ortaya çıxdı? Bu haqda dəqiq məlumat yoxdur. Amma sizi bir neçə tarixi fərziyyə ilə tanış edə bilərik.
“Aristokratik” versiya.
Bu, ən məşhur versiyalardan biridir. Hesab olunur ki, homoseksuallar məhz aristokratik (“mavi qan”) ortamda geniş yayılmışdır. Düzdür, bu variant homoseksualların nəyə görə yalnız Rusiyada “mavi” adlandırılmasını ətraflı şəkildə izah etmir.
“Amerikan” versiya.
Bir sıra araşdırmalar iddia edir ki, “qoluboy” damğası rus dilinə Amerika polis bölmələrindən keçmişdir. 20-ci əsrin əvvəllərində Amerika türmələrində homoseksualları blueribbon (“mavi lent”) adlandırırdılar. Hansısa möcüzəvi üsulla bu termin 1930-ci ildə sovet türmələrinə gəlib çıxdı. Və artıq 1970-ci ildə mavi məhz homoseksualları ifadə etməyə başladı.
“Xlıst” versiyası.
Bəzi linqvistlər hesab edir ki, geyləri əvvəllər göyərçinlər adlandırırdılar. Belə bir fikir var ki, Rusiyadakı xlıst dini sektası özlərinə boz göyərçinlər deyirdilər. Və öz rituallarında homoseksual əlaqəyə daxil olurdular. Rus dilində “qolub” (“голубь”) olan bu söz sadəcə olaraq rəng olan “qoluboy” sözünə çevrilib.
Gəlin dürüst deyək ki, sosiumda daha həssas fərdlər utanır. Çox utanır. Bunun da əsas səbəbi təhqir kimi qəbul olunan bu sözlərdir. Ümumiyyətlə, rəng və heyvan adları təhqir kimi işlənə bilməz. Bunlar nifrətdən yaranır.
Mavinin sakit, çəhrayının sevgi dolu, xoruzun özgüvənli, itin sədaqətli, quşun azad olduğu kimi olun. Bir fərddə utanc hissi nə qədər çox olarsa, homofobik ifadələr də ona o qədər çox toxuna bilər. Ona görə də gəlin, güzgünün qarşısına keçək və deyək : “Biz hamımız xoşbəxt petuxlarıq!”
Müəllif: Nigar Səfərova