Merriam-Webster lüğətə trans-inkluziv sözləri əlavə edir


Çünki hörmətli ünsiyyət, əhvalını xəbər almaq kimidir.

Amerikalı lüğət kompaniyası Merriam-Webster, transgender və qeyri-binar sözlər daxil olmaqla, bu il öz leksikonuna 640 yeni söz əlavə edib.

“Bir lüğətin yenidən nəzərdən keçirilməsi işi davamlıdır və bu, mədəniyyətin sözləri ilə dünyanı anlamlandırmağa ehtiyacı olduğunu əks etdirir " - şirkət bu ilin yeni sözlər siyahısı haqqında bildirib.

Bəzi hallarda, mövcud sözlər cəmiyyətin istifadəsinə və sözün təkamülünə əsasən modernləşdirmələr və əlavə təriflər alır. Digər hallarda isə sözlər ilk dəfə üçün əlavə edilir.

Trans terminlərinin bir çoxunda vəziyyət belədir.

Lüğətə Əlavə Edilən Yeni Trans Terminləri

Merriam-Webster-in bu il əlavə etdiyi sağlamlıq terminləri: qeyri-uyğun gender, üst cərrahiyyə, alt cərrahiyyə.

Qeyri-uyğun gender üçün müəyyən edilən tərif belədir: Sərgilədiyi davranışların, mədəni və ya psixoloji xüsusiyyətərin fərdin cinsi ilə əlaqəli tipik xüsusiyyətlərə uyğun gəlməməsi.

İki cərrahiyə termininə gəldikdə, Merriam-Webster bunların “genderi kimliyini uyğunlaşdımaq, genderi təsdiqləmə” üçün olduğunu xüsusilə vurğulayır.

Üst cərrahiyyə: Gender kimliyini uyğunlaşdırmaq üçün fərdin döşlərinin götürüldüyü və ya böyüdüldüyü genderi təsdiqləmə əməliyyatının bir tipi.

Alt cərrahiyyə: Gender kimliyini uyğunlaşdırmaq üçün fərdin genitaliasının dəyişdirildiyi genderi təsdiqləmə əməliyyatının bir tipi.

Həmçinin,  lüğətin "genderi təsdiqləmə əməliyyatı" ifadəsini istifadə etdiyini də qeyd etmək vacibdir. Bu, əvvəllər istifadə olunan, köhnəlmiş 'genderi yenidən təyinetmə əməliyyatı' ifadəsi ilə müqayisədə daha modern bir termindir.