Rusiyanın tez sevib tez unutduğu LGBTQI+


2003-cü ildə Rusiyanın "t.A.T.u" qrupu Avroviziyada üçüncü yeri tutub, yarışmanın formatını çalxalamış və rus pop-mədəniyyətinin fenomeni statusunu təsdiqləyib, dünya populyarlığını qazanmağa nail oldu. Paradoksaldır ki, o vaxt rus estradası üçün qızların homoseksual obrazı heç də “qeyri-ənənəvi” sayılmırdı. SSRİ dağıldıqdan sonra musiqiçilər seks, gender və sevgi ilə fəal surətdə təcrübələr aparırdılar.

2000-lərin ortalarında rus pop-mədəniyyəti daha heteronormativ hala gəldi. "Yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqələrin təbliğ edilməsi" qadağası qanuna mindikdən, vəzifəli və qanunverici şəxslərin homofobik ritorikasından sonra kvir-estetika tamamilə təhlükəli oldu.

Şou biznesin cəsarətinə son qoyulmuşdu: ötən günlərin birində Muz-TV kanalında «100 лучших клипов нулевых» («2000-lərin 100 ən yaxşı klipi») verilişində “Ruki Vverx!”  qrupunun solisti Sergey Jukov «А он тебя целует» (“O isə səni öpür”) mahnısının klipinə görə üzr istədi, həmin klipdə homoseksual və transseksual motivlər var idi.  «VİA Qra» qrupunun keçmiş üzvü Nadejda Qranovskaya qızının "t.A.T.u"-un kliplərini görməsini istəmədiyini etiraf etmişdi.

Kvir estetikası üzərində qurulmuş ən yaxşı rus klipləri və LGBTQI+ icması haqqında açıq danışan prodüser və ifaçıların fikirlərini Rusiya hazırda unutmağa çalışır.

 

"FAİNA"

Na-Na

Bari Alibasov ("Na-Na" qrupunun prodüseri):

- İlk dəfə 60-cı illərdə kişi seksuallığı açıq şəkildə nümayiş olunmağa başladı. O dövrdə mən «İnteqral» qrupuna prodüserlik edirdim - onlar şəkərli mahnılar deyil, rok janrında mahnılar ifa edirdilər və 60-ci illərdəki Qərbinin üsyankar tərzinə tam uyurdular, o vaxt seks pop-mədəniyyətin ayrılmaz hissəsi idi. 90-cı illərdə “Na-Na” qrupuyla məşğul olmağa başladım. Onların ilk və ən diqqət cəlb etmiş klipi «Faina» xüsusi olaraq erotik səhnələrlə çəkilmişdir. Qəribə idi ki, çəkilişlərdən əvvəl kastinqə əsasən yaşlı insanlar gəlmişdi: çörəkpulu tapmaqda o qədər çətinlik var idi ki, sovetin qaydaları çox tez unudulurdu. O dövrdə şirin-şəkər, az qala yetim mahnıları olan “Laskovıy may” qrupunun çiçəkləndiyi dövrü idi. "Na-Na" əsərindəki sadəlövh mahnını və açıq cinsəllik təsvirini birləşdirməyə qərar verdim və alındı: qrup stadionları doldurdu. "Na-Na"nın seksuallığı universal bir sahədə mövcud idi - heç bir gender istinadı yox idi, hər kəs onu istədiyi kimi qəbul edə bilərdi. Mənim üçün hər cür seksi izləmək və müzakirə etmək azadlığı vacib idi. “Na-Na” qrupu “t.A.T.u” və Boris Moiseyevdən fərqli olaraq, özünü homoseksual qrup olaraq təqdim etməmişdir. Bununla yanaşı, həm qadınlar, həm kişilər arasında çoxlu sayda pərəstişkarları vardı.

"Между мной и тобой" ( “Sənlə mənim aramda” )

Oskar 

Kvir bir fərd sevgilisi ilə yenidən birləşməyə çalışır.

 


"Беги от меня" ( “Qaç məndən” )

"Qosti iz buduşeqo"  (“Gələcəkdən qonaqlar”) qrupu


Yeva Polna ( «Qosti iz buduşeqo» qrupunun eks-solisti):

- 90-cı illərin ortalarında gey mədəniyyəti Moskva və Sankt-Peterburqdakı klub hərəkatının bir hissəsi oldu – bu, şok və ya böyük bir yenilik deyildi. Bu, böyük reyvlər və ilk, dəhşət dəbli  klublar dövrü idi. Biz dünya musiqi industriyasında istehlakçı kimi deyil, həm də iştirakçılar kimi çıxış edirdik. Gey icması ümumi gənclik hərəkatında öz yerini tutdu. Mənim üçün gey partilər ən parlaq və ən səmimi idi və bu arada, qızların rəqs meydanında rahat hiss edə biləcəyi və partidən sonra onları heç bir “sportivni kostyumlu qaqaşın” təqib etməyəcəyi yeganə parti idi . Bizim üçün («Qosti iz buduşeqo» qrupu üçün) homoseksuallıq tanış idi. Amma eyni zamanda, qadağan olunmuş mövzuya müraciətimizin publikanı həyəcanlandıra biləcəyini başa düşürdük. Beləliklə, biz bu seksuallıqla aktiv şəkildə flirt edirdik – bu, diqqəti öz üzərinə çəkmək istəyən sənət insanları üçün tamamilə normal idi. Kvir estetikası bütün dinləyicilərə uyğunlaşmırdı, amma məhz elə bu səbəbdən bizi sevənlər də var idi - ümumiyyətlə, hər kəs özünə aid bir şey tapırdı. Amma ölkənin böyük bir hissəsi üçün biz heç kimə bənzəməyən bir musiqi qrupu kimi idik, heç kim fikrini homoseksuallığa cəmləmirdi.

"Нелюбовь" (“Sevgi deyil”)

"Qosti iz buduşeqo"  (“Gələcəkdən qonaqlar”) qrupu


Məhəbbət üçbucağında qadının sevgilisi qadını tərk edib başqa kişi ilə qovuşur.

 "Он тебя целует" ( “O səni öpür” )

"Ruki vverx" (“Əllər yuxarı”) qrupu

 Bir draq-kvinin münasibət tarixçəsi.


"Холодная луна" ("Soyuq ay")

Şura


Aleksandr Medvedev (müğənni Şura):

- Uşaqlığımdan bəri qeyri-adiliyə və teatra meylli idim. Yeniyetməliyimdə restoranda rəqs edər , qaraçı paltarlarını geyərək və şərq mahnılarını oxuyardım. SSRİ-nin dağılmasından sonra bu normal idi: insanlar ən yaxşı şeyləri geyinmək və özlərini göstərmək istəyirdi. İndi səhnə daha çox məhdudlaşdırıldı. Düşünürəm ki, Sovet İttifaqında mən ağır senzuraya görə heç vaxt özümü göstərə bilməzdim. Mənim bəxtim çox gətirdi ki, öz zamanımda doğuldum, nə vaxt ki artıq hər şeyə təzəlikcə icazə verilirdi, və insanlar təəccüblənməyə hazır idi. Əlbəttə ki,mənim səhnəyə çıxışım şok edici idi, ilk drəq-kvin klipi və kalqotkada rəqslər hərfi mənada bütün telekanalları partlatdı . İnsanlar həm qidaya ac idi, çünki mağazalar boş idi və həm də tamaşaya ac idi, çünki uzun illər idi ki bayramlarsız yaşayırdılar. İnsanların seksuallığa olan münasibətini dəyişdiyimi xüsusən düşünməmişəm, mən sadəcə sevdiyimi şeyi edirdim. Əlbəttə ki, hər kəs mənim imicimdən razı deyildi - həmişə axmaqlar var. İnsanlar məktublarda iyrənc şeylər yazırdılar və əslində hələ də yazırlar. Amma bu kimi narahat edir ki? Hətta görkəmli sənətçilər də tənqidlərlə çıxış etdilər, amma niyə belə etdiklərini yaxşı bilirdim: mənim qonorarlarım çoxalmışdı. Mən çıxışlarımı bir tamaşa kimi qəbul edirəm, hardaki don və kolqotka geyinmək normaldır. Düzdür, ağın çıxarmaq lazım deyil: konsertlərimdə tez-tez uşaqlar və təqaüdçülər olur. Hətta zaldakı auditoriyanı əvvəldən izləmək lazımdır ki, artıq bir hərəkət etməyəsən. Mənim fikrimcə, rus estradasında kişilər arasında homoseksuallıqdan ilk elan verənlər : Boris Moiseyev və Sergey Penkin idi, bu baxımdan onlar çox cəsarətli idilər. İndi kişilər  tərəddüd edirlər amma qadınlar öz bədənlərini göstərməkdən utanmırlar. Lakin mən heç bir şeyi elan etmirəm, yalnız sevimli geyimlərimi geyinib səhnəyə çıxıram - bu belə bir obrazdır.

"Мальчик" (“Oğlan”)

“Multfilmı” (“Cizgi filmləri”) qrupu

Gey sevgisindən bəhs edən mahnı və klip.

"Нас не догонят" ("Bizə çata bilməzlər")

“t.A.T.u” qrupu

Lena Kiper (t.A.T.u qrupunun prodüseri):

- Bizim üçün 2000-lərdə heç bir sərhəd və məhdudiyyət yox idi. Sadəcə götürdük on beş yaşlı qızları, sanki plastilinlə bir obraz düzəltdik və əslində onlarla hər şey edə bilərdik - lap aya göndər. t.A.T.u hər hoqqadan çıxa bilərdi - qrupun müvəffəqiyyətini qismən düşünülmüş üsyankarlıqda görmək olar.  Şou0biznesi xuliqanlarsız təsəvvür etmək mümkün deyil və t.A.T.u kimi layihələr siyasi olaraq qəbul edilməməlidir və ya "ənənəvi" əxlaqla ölçülməməlidir. Mənə elə gəlir ki, o zaman cəmiyyət bir az daha tolerant idi. Amma yenə də qrupun ən böyük populyarlıq dövründə belə bir çox neqativ məktublar aldıq. Amma bu kimi narahat edirdi ki? Biz sadəcə özümüzü elə aparırdıq ki, guya biz heç elə məktublar almırıq. Başa düşmək vacibdir ki, t.A.T.u-nun populyarlığının səbəbi yalnız homoseksual oyunlarına görə deyil, bu səs və musiqi nümayişləri Rusiya üçün tamamilə yeni idi. O dövrdə yalnız dörd layihə yüksək səviyyədə idi: Zemfira, «Mumiy Trol»,  «Qosti iz buduşeqo» və t.A.T.u . Yalnız onlar hit idi. 90-cı və 2000-ci illərdə cəmiyyət “MTV”-ə aclıqla baxır və hər şeyin yenisini istəyirdi - yaxşı və pisin çərçivələrinin silindiyi bir vəziyyət idi. Homoseksuallıq, seksuallıq, narkotiklər - bütün bunlar qəbul sayılırdı. t.A.T.u ruslar üçün əvvəllər bilinməyən bir duyğunu açdı. Lakin, mənim fikrimcə, t.A.T.u homoseksuallıq mövzusunu həddən artıq istismar etdi. Nəticədə insanlar üsyandan bezdi və artıq istəmədilər. Beləliklə, prodüserlər bir tərəfdən bezmiş cəmiyyət, bir tərəfdən isə hakimiyyət tərəfindən çərçivəyə salınmış oldu. Homoseksuallıq qeyri-kütləvi bir məhsula çevrildi və bəlkə də bu normaldır və hər bir üsyançı pop məhsulu siyasi bir şey kimi qəbul edilir və heç kim bu riskləri öz üzərinə götürmür. 

"30 минут/ Полчаса" (“30 dəqiqə/Yarım saat”)

 “t.A.T.u” qrupu

Orta məktəb və çarəsiz yeniyetməlik qısqanclığı. 

"Люди Инвалиды" (Əlil insanlar)

“t.A.T.u” qrupu

Bütün sərhədlərin silindiyi qorxunc şənlik.

"Я сошла с ума" ("Mən dəli olmuşam")

“t.A.T.u” qrupu

İvan Şapovalov (t.A.T.u qrupunun prodüseri):

-       Pop mədəniyyətində "qeyri-ənənəvi" oriyentasiyanı nümayiş etdirməkdə o vaxt məna var ki, onun arxasında homoseksuallıqdan daha böyük bir şey dayansın. Mən isə sadəcə istədiyimi edirdim.

Materiallar wonderzine.com saytından götürülüb.

Tərcümə etdi: Nigar Səfərova