San-Paulodakı Qürur Paradında 2,5 milyon insan iştirak edib


İyunun 23-ü Braziliyanın koloritli şəhərində dünyanın ən böyük Qürur Paradı baş tutub. San-Paulo Qürur Paradı özünün 23 illiyini qeyd edir. LGBTQ icmasının builki mövzusu isə Stounvol hadisələrinin 50 illik ildönümünün qeyd olunması oldu. 

Yürüşdə 2,5 milyon nəfərin iştirak etdiyi deyilir. Bu şəhər 1997-ci ildə ilk belə tədbirini keçirdiyi zaman iştirakçıların sayı 2000 nəfərə yaxın idi. İllər keçdikcə, izdiham 3 milyona yaxın insanı əhatə etməyə başladı və bütün dünyanın diqqətini özünə çəkdi.

Qeyd edək ki, San-Paulo paradı sadəcə 5 gün davam etmir. Yürüşdən 3 həftə əvvəldən etibarən şəhərdə şənliklər, konsertlər, rəqs performansları, digər mədəni tədbirlər baş tutur.