Homophobic attack in Baku, Azerbaijan
Two gay guys were attacked with homophobic slur in the center of Baku. The Police doesn't seem interested in finding the attackers.
23/May/20
4495
Mayın 21-i Bakıda iki gənc homofobik hücuma və zorakılığa məruz qalıb. “Minority Azerbaijan” məsələ ilə bağlı zərərçəkənlər ilə söhbətləşib.
Adlarının çəkilməsini istəməyən gənclər hadisəni belə təsvir edir:
“Biz Nizami kinoteatrının qarşısındakı yeraltı keçiddən keçib evə tərəf hərəkət edirdik. Keçiddən çıxanda “Komagene” adlı məkanın yaxınlığında hücuma məruz qaldıq. Bunun səbəbi isə qolumuzu bir-birimizin çiyninə qoymağımız və zarafatlaşmağımız idi.
Bir kişi 4-5 dəfə bizə tərəf kinayəli şəkildə baxdı və arxamızca: “Oğlan oğlanın boynundan tutar? Qucaqlayar?” - deyə səsləndi. Daha sonra yanındakı şəxslərlə birlikdə bizə yaxınlaşdı və boğazımdan möhkəm şəkildə sıxıb nalayiq ifadələr işlətdi.
Əgər yaxınlıqdakı insanlar olmasa və bizi ayırmasaydılar, vəziyyət daha da pis ola bilərdi. Həmin şəxs bizi ölümlə hədələyirdi. Hətta bizi ayırmaq üçün gələn insanlara qarşı da zorakılıq etdi və təpik atdı. Qəzəb onun gözünü elə tutmuşdu ki, bizə hücum edə bilmək üçün digər insanların da qolunu burub kənarlaşdırmağa çalışırdı.”
Gənclər əvvəlcə kimə və hara müraciət edəcəklərini bilmirdilər. Digər insanların da homofob reaksiyalarından çəkindikləri üçün LGBTİQ+ məzmunlu Facebook qrupuna kömək və dəstək üçün müraciət ediblər.
Gənclər daha daha sonra yara üçün vasitələr almaq məqsədilə aptekə getmiş və LGBTİQ+ hüquqları aktivisti ilə polisə müraciət etmişdir. Polis onlardan izahat alarkən: “Əgər cinayətkarı 10 gün ərzində tapa bilməsək, nə edə bilərik ki?” - deyə bildirib. Hüquq mühafizə orqanlarının nümayəndəsi zərərçəkənlərin pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, onları günanlaşdırmış və: “Niyə sənin bədənin qız bədəni kimidir? Bir cızıq atan kimi qızarır?” - deyə kinayə ilə əlavə etmişdir.
Gənclər məsələnin araşdırılmasını davam etdirəcəklərini deyir. Onlar bütün müvafiq qurumlara müraciət edəcəklərini bildirirlər.
“Biz sadəcə xahiş edirik ki, o insanın tapılıb cəzalandırılmasında bizə kömək edəsiniz. Artıq psixoloji vəziyyətimiz də qaydasında deyil. Sarsıntıdan çıxa bilmirik. Bu cür insanlar bütün cəmiyyət üçün təhlükədir. Qorxa-qorxa addım atırıq.”
Minority Azərbaycan təşkilatı olaraq hadisəni diqqətdə saxlayırıq və məsələnin maksimum ictimailəşməsinə çalışacağıq.
Powered by Froala Editor