#BazarGünüFəlsəfəsi budəfəki podcastında çox az danışılan bir mövzunun dərinliklərinə enir. Leyla Surxayzadə transgender və heteroseksual sevgili cütlüklə müsahibəsini paylaşır. Dinləyicilərdən xahiş olunur ki, söhbətdəki şəxsləri səslərindən tanısalar da, heç bir yerdə işarə edib, adlarını çəkməsinlər. Bu, onların təhlükəsizliyi üçün vacibdir.

Qeyd edək ki, #BazarGünüFəlsəfəsi Leyla Surxayzadə tərəfindən 3 il hər bazar günü yazılan yazıların nəticəsində yaradılmışdır. Podkastlar heç yerdə danışılmayan mövzularda, soruşulmayan suallar ətrafında söhbətlərdən ibarətdir. Məqsəd insanları müxtəlif mövzular haqqında maarifləndirmək və düşündürməkdir.