Foto mentorluq və təkmilləşdirmə proqramı üçün müsabiqə


Salaam Cinema “Foto mentorluq və təkmilləşdirmə” proqramı üçün müsabiqə elan edir. 

In-VISIBLE festivalı çərçivəsində qadın və kvir sənətçilər, bir sıra mükafatların qalibi olmuş sənədli fotoqraf Rəna Əfəndinin individual mentorluq proqramına müraciət etməyə dəvətlidirlər. Təkmilləşdirmə üçün aydın və perspektivli mövzu üzərində mərkəzləşmiş beş layihə seçiləcək. Seçimdə əsasən sosial-sənədli mövzulara və incəsənətlə əlaqəli şəxsi layihələrə üstünlük veriləcək.

Seçilmiş iştirakçılar layihələrini təkmilləşdirmək üçün mentorla üç dəfə təkbətək görüşdə iştirak etmək şansını əldə edəcəklər. Üç aylıq dövr ərzində layihələrini ilkin fikir mərhələsindən tamamlanmış işə çatdırmaq üçün mentorluq proqramı sənətçiləri 600 AZN məbləğində layihə inkişafına dəstək təqaüdü ilə təmin edəcək. Mentorluq görüşlərində ümumi rəy və portfolionun təkmilləşdirilməsi, habelə subyektlərlə işləməyin etikası və layihə yazılması yer alacaq.

Rəna Əfəndi World Press Photo (portret kateqoriyası, 2014) və SONY World Photography Award (incəsənət kateqoriyası) kimi çoxsaylı beynəlxalq mükafatların laureatıdır. O iki foto kitabın müəllifidir - 1700 km uzunluğundakı boru kəməri boyunca neft sənayesindən təsirlənən həyatların hekayəsini danışan Boru arzular: neft kəməri boyunca həyatların səlnaməsi (2009) və doğma şəhəri Bakının kövrək ətraf mühitini və ekoloji tənəzzülünü təsvir edən Maye Torpaq (2013). Onun fotoları Saatchi Qalereyası, Miami Art Basel, Istanbul Modern və 52-ci Venesiya Bienalı  kimi dünyanın bir çox qalereya və sərgilərində nümayiş olunub. Onun işləri bir çox beynəlxalq nəşrdə, o cümlədən National Geographic, The New Yorker, Newsweek-də yayımlanır.


Müraciət üçün son tarix: 20 Yanvar 2021

Mentorluq proqramının müddəti: 3 ay

Müraciət üçün bu keçiddən istifadə edin.


Əlaqə: [email protected]


Powered by Froala Editor