23 yaşlı məşhur müğənni Troye Sivan öz yeni klipində iki kişi arasındakı sevgi münasibətlərinə yer verib. Xatırladaq ki, müğənni homoseksual olduğu barədə 2013-cü ildə Youtubda yayımladığı Coming Out videosunda danışmışdı. Troye həmçinin müsahibələrinin birində "gey icon" olmaq istəmədiyini belə izah etmişdi - "Mən sadəcə bir nəfərəm və bütün LGBTQ cəmiyyəti adından danışa bilmərəm. Mən səsinin eşidilməsi vacib olan insanlardan sadəcə biriyəm."