Jurnalist və Hüquqşünasların nəzərinə!


Nifət Nitqi - Hate Speech sizləri Avropa İttifaqı tərəfindən dəstəklənən “24 kadrda Nifrət Nitqinə yox!” layihəsində iştirak etməyə dəvət edir!


İki həftə davam edəcək təlimlərdə nifrət nitqi haqqında biliklər və ilkin video bacarıqları əldə etməklə bərabər, Nifrət Nitqi əleyhinə sosial-çarxlar hazırlayıb, insanlara mesaj vermək imkanı qazanacaqsınız. Təlimlər 18-25 yaşlı jurnalistika və hüquq ixtisaslarında oxuyan və ya bitirmiş, eyni zamanda bu sahələrdə fəaliyyət göstərən aktivist və videoya marağı olan gənclər üçün nəzərdə tutulur. Əgər siz də Nifrət Nitqi əleyhinə hərəkata qoşulmaq istəyirsinizsə [email protected] e-mail ünvanınına öz CV-lərinizi göndərin! 


İlkin dəyərləndirmədən keçmiş şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.


Son müraciət tarixi: 15 fevral, 2019