Queerbaiting: What is it and why is it a problem?
Imagine: watching your favorite TV series as your favorite same-gender characters come closer to an irresistible togetherness
25/Jul/22
1993
Kuirbeytinq: nədir və niyə problemdir?
Təsəvvür edin: ən sevdiyiniz eyni genderli personajlar qarşısıalınmaz birlikdəliyə yaxınlaşdıqları üçün favorit serialınızı izləyirsiniz …
Və sonda onlar birlikdə olmurlar. Bunun əvəzinə, hekayə hetero sevgi ilə sonlanır və siz mövcud heteroseksual cütlüklərlə birgə daha çox hetero cütlüyə dözmək məcburiyyətində qalırsınız.
Bəli, siz kuirbeytinq (queerbaiting) qurbanısınız. Kuirbeytinq - əslində heç vaxt gerçəkləşməyəcək homoseksual münasibətlərə eyham vuraraq LGBTİQ+ auditoriyanın diqqətini çəkməyə təşəbbüs göstərən müəlliflərə, yazıçılara, şou insanlarına və s. istinad edən bir termindir.
İki personajın (adətən baş rollar) arasına homoerotik altmətn və ya erotik gərginlik əlavə etməklə, həmin altmətn və ya erotik gərginliyin heç vaxt həqiqi münasibətə yüksəlməyəcəyinin fərqində olmadan LGBTIQ+ auditoriyanı uyğunlaşmağa razı salırlar.
Niyə buna kuirbeytinq deyilir?
Əgər hələ də anlamamısınızsa, buna ona görə kuirbeytinq deyilir ki, kuir auditoriyanı cəzb etməyi (tilova salmağı) ehtiva edir.
Bəli, bəzi güclər, əslində tətbiq etmədikləri halda, LGBTIQ+ personajlar və münasibətləri gey dollar və kuir baxış sayına çatımlılığı təmin etmək üçün yem olaraq istifadə edir.
Bu, bizləri həqiqətən təmsil etmədən, sadəcə LGBTIQ+ auditoriyanın marağını cəlb etmək üçün kifayətdir.
Urban Dictionary kuirbeytinqi qısaca belə izah edir: "Bir müəllif, rejissor və s. kuir auditoriyanı tətmin etmək məqsədilə, bir personajı böyük ehtimal kuir olaraq təsvir etmək üçün işarələr və süjetdə dönüş nöqtələri verir, amma öz heteroseksual auditoriyasını saxlamaq üçün heç vaxt onların kuir olduğunu açıq şəkildə söyləmir."
Lakin, digər kuirbeytinq növünü də aşağıdakı formada izah edir:
"Bir siyasətçi, ekspert və ya siyasi xadimin əlaqəsiz bir şəkildə bir insanın seksual oriyentasiyası haqqında doğru və ya yalan məlumatları dilə gətirərək, bunu həmin şəxsə homofobik hücum üsulu kimi istifadə etməsi."
Daha açıq olmaq lazımdırsa, əvvəlki cəfəngiyyatdan danışırıq, ikincisindən yox.
Yenə də, niyə?
NİYƏ? Xahiş edirəm, kimsə LGBTIQ+ uşaqları düşünməsin!
GLAAD-ın "Biz Televiziyada Haradayıq Hesabatı 2020"-yə əsasən (Where We Are On TV Report - 2020) həmin mövsümdə televiziyada yayımlanması nəzərdə tutulmuş 773 serialın adi personajlarından 70-i (9.1%) LGBTQ-dür. Bu, öncəki ilin rekord göstəricisi olan 10.2%-nə əsasən, 2013-14 reportundan bəri ilk azalmadır. COVID-19 pandemiyasının bir neçə serialda istehsalı dayandırması və yaşıl işıqlandırmanın yeni seriallara təsiri səbəbilə bu faizin azalması gözlənilən idi. Efirdə təkrarlanan 31 LGBTQ personajla birlikdə, ümumi olaraq 101 LGBTQ personaj var.
Kuir personajlar kimi, kuir izləyicilər də azlıqdadır və belə düşünülür ki, kuirbeytinq açıq kuir personajlardan narahat ola biləcək əsas auditoriyanı yadlaşdırmadan, onları cəzb etməyin bir yoludur.
Beləliklə, kuirbeytinq vasitəsilə yazıçılar və ya yaradıcılar mövzuya yad olan homofobik bazarın əks reaksiyasından kənar qalaraq LGBTIQ+ bazarını cəlb edə bilirlər.
Bundan əlavə, təbii ki, bunun kuir auditoriya üçün də əks-təsirləri var.
Bəziləri bu həqiqi təmsil əskikliyində LGBTQ personajların ikinci sinif kimi görüldüyünü və layiqli hekayələr üçün daha dəyərsiz olduğunu sezir. Digərləri kuirbeytinq yayınlarının kuir münasibətlərin az dəyərli və daha çox absurd olduğuna eyham vurduğunu iddia edir.
Kuirbeytinq həmçinin biseksuallar və birdən çox genderə maraq duyan şəxslərə qarşı zərərli stereotipləri davam etdirə bilir. Bunlara aşağıdakıları misal göstərə bilərik:
- biseksuallar ciddi münasibətlər qurmağa cəhd göstərmir;
- biseksuallıq sadəcə bir faza/mərhələdir;
- bütün biseksuallar qarşısına çıxan hamı ilə seksə hazırdır;
- biseksuallar fırıldaqçıdır.
Televiziyada kuirbeytinq
2014-cü ildə TV Guide “Supernatural” serialında kuirbeytinq probleminin olduğunu iddia etdi. Məqalədə belə deyilirdi: “Supernatural istehsalçıları, şübhəsiz ki, Destiel ship ( Dean və Castiel adlı personajlar) və Dean-in seksuallığındakı qeyri-müəyyənliyi təşviq etməklə gəlir əldə etdi”.
“8 və 9-cu sezonlarda Cas və Dean-in münasibəti serialda daha çox önəm qazandıqca (və daha tutarlı romantik metaforlara əsaslandıqca) reytinqlər yüksəldi.”
Oakridger vasitəsilə yayımlanan The TV Guide məqaləsi həmçinin, bildirir ki, "200-cü epizodda daha çox aydınlaşdı ki, Supernatural istehsalçıları kanonik Destieli dəstəkləmir".
Netflix-in yeni Regency dramı olan Bridgerton-un ilk treylerində gey seks səhnəsi yer aldı və bu, bir çox izləyicinin serialdakı kuir təmsilçilik ilə bağlı gözləntilərini yüksəltdi. Serialın yayımlanması ilə ortaya çıxan son nəticə isə gözləntilərdən çox uzaqdır. Əsas hekayələrin heç biri kuir personajlardan bəhs etmir, treylerdə yer alan gey seks səhnəsi haradasa ikinci dərəcəli personajlarla bağlıdır və buna görə serialda elə də böyük əhəmiyyət kəsb etmir. Bridgerton-da gey personajlara bu şəkildə yer verilməsi performativ və məyusluq yaradıcıdır. Bir çoxları bəhs edilən seks səhnəsinin treylerdə yer almasının kuirbeytinq məqsədi daşıdığı düşüncəsindədir.
Kuirbeytinq ilə əlaqədar tənqid edilən digər seriallara bunlar daxildir: House (Gregory House və James Wilson), Merlin (Arthur Pendragon ve Merlin), Once Upon a Time (Emma Swan və Regina Mills), Sherlock (John Watson and Sherlock Holmes), The O.C. (Marissa Cooper və Alex Kelly) və Rizzoli & Isles - hansı ki, yazıçılar və aktyor heyəti iki baş rol Jane Rizzoli və Maura Isles - arasında lezbiyan bir altmətn oynandığını qəbul etmişdi.
Fanatlar həmçinin yaxın dostlar Betty və Veronica-nın yer aldığı Riverdale-i, saxta şəkildə iki personajın şəhvani görünmək məqsədilə öpüşdükdən sonra birlikdə olacağına eyham vurmaqda ittiham etdi.
Filmdə (və teatrda) kuirbeytinq
Kuirbeytinq sadəcə televiziya ilə məhdudlaşmır - Harry Potter and The Curse Child yazıçılarının LGBTQ fanatları "çaşdırmaq" ilə ittiham edilməkləri kimi.
"Cursed Child yazıçıları bizi təşviq etmək üçün bilərəkdən fanat nəzəriyyəsini daxil etdilər, ancaq onu kifayət qədər dəyişdirməyə qərar verdilər, beləcə, iki 11 yaşlı uşağı gey etdiklərini qəbul etmək məcburiyyətində qalmayacaqlar", - deyə, LGBT kampaniyaçısı Jameson Ortiz The Guardian-a bildirib.
“Bu, kuirbeytinqdir. Ona görə ki, onlar kimi və niyə cəlb etdiklərini dəqiq bilirdilər, amma yenə də ələ keçirdikləri bütün fanatların əsas diqqət mövzusunu kənarda tutmağa qərar verdilər. Bunun əvəzinə onlar, bir çox digərləri kimi, gey romantizmi qurur, buna tez-tez eyham vurur, onu inandırıcı, dərin və mükəmməl hala gətirir və sonra hekayədən sıxışdırıb çıxarırlar."
OITNB-yə təşəkkürlər və bənzər digər seriallara
Nə yaxşı ki, biz kuirlər üçün bizi təhqiramiz qırıntılardan daha artığı ilə bəsləyən bir neçə insaflı serial var. Əgər kuirbeytinqdən və yetəri qədər təmsil edilməməkdən ölümünə bezmisinizsə, kompleks LGBTQ personajların yer aldığı bir neçə serial var. Bunlara The 100, Orange is the New Black, Jane the Virgin, Grey’s Anatomy, Game of Thrones, The Handmaid’s Tale, Orphan Black və Pretty Little Liars daxildir.
Tərcümə: Raven
Powered by Froala Editor