Booking.com-dan “Travel Proud” proqramı

“Biz məkanlar arasında seçirik, insanlar arasında yox”

Səyahətçilər üçün məkan bronu xidmətləri təklif edən Booking.com saytı “Travel Proud” adlı yeni proqram başladıb. Bu proqramın məqsədi LGBTİ+ icması üçün səyahətlər dünyasını dəyişdirməkdir.

Saytda deyilir ki, onların araşdırmalarına görə, LGBTİ+ icması üzvlərinin yarısından çoxu yerləşdikləri yerdə yaşayış zamanı narahatlıq yaradan hallarla və kobudluqla qarşılaşıblar. 

Travel Proud proqramı bu vəziyyəti dəyişmək üçün yaradılıb. Əsas məqsəd isə LGBTİ+ icmasına şad olan məkanların çox olmasını təmin etməkdir. “Biz bunu onun üçün edirik ki, siz kimi sevməyinizdən və özünüifadənizdən asılı olmayaraq, istirahətdən zövq alasınız”, - saytda deyilir. 

Proqramın üç əsas prioriteti var:

  1. LGBTQ icmasının üzvlərinə özünə əminliklə səyahətə çıxmaqda köməklik etmək

Proud Certified statuslu tərəfdaş məkanlar platformada Travel proud işarəsi ilə təmin olunur. Bu tərəfdaşlar istisnasız olaraq bütün səyyahları səmimi qarşılayırlar. Bu işarəni görürsünüzsə, olduğunuz kimi qala biləcəyiniz məkanları bron etdinizdən əmin olun. 

  1. Yaşayış obyektlərinə qonaqpərvərlik prinsiplərini həyata keçirməkdə köməklik etmək 

HospitableMe adlı inklüziv qonaqpərvərlik layihəsinin ekspertləri ilə birgə hazırlanmış Proud Hospitality təlimləri yerləşdirmə üzrə tərəfdaşların hər bir qonağa xoş təəssürat bəxş etməsinə yardımçı olacaq. Proud Certified statuslu bütün obyektlərdə inklüziv qonaqpərvərliyin tətbiqinə cavabdeh olan nümayəndə var. 

  1. Ünsiyyətdə düzgün dildən istifadə etmək 

Booking.com inklüziv dil istifadə edərək, bütün istifadəçilər üçün maksimal dərəcədə dostcanlı olmağa çalışır. Əksər hallarda bron zamanı öz genderinizi qeyd etmək tələb olunmur, profil yaradarkən isə genderi genişləndirilmiş variantlar siyahısından seçmək mümkündür. 

Bundan başqa, saytda Amsterdam, London, Mançester kimi iri şəhərlərin LGBTİ+ dostu məkanlarının siyahısı, LGBTİ+ səyyahlar üçün səyahət məsləhətləri ilə bağlı çoxlu sayda yazılar yerləşdirilib. 



Powered by Froala Editor