Q Collective 32-ci icma görüşünü keçirib
Q Collective təşəbbüsü 2021-ci ildə LGBTQ+ icma quruculuğuna dəstək olmaq və icmanın bacarıqlarını artırmaq üçün yaradılıb
02/Oct/22
1156
Q Collective 32-ci icma görüşünü keçirib
Q Collective təşəbbüsü 2021-ci ildə LGBTQ+ icma quruculuğuna dəstək olmaq və icmanın bacarıqlarını artırmaq üçün yaradılıb. Ötən ilin oktyabrından etibarən kollektiv hər şənbə günü icma görüşləri keçirir. Ötən həftə icmanın 32-ci görüşü baş tutub. Q Collective təşəbbüsünün təsisçisi Kamran Əzizli deyir ki, görüşlərdə fərqli mövzular təqdim olunur və həmin mövzu ilə əlaqədar icmanın hansı problemlər yaşadığı və onların həll yolları müzakirə olunur.
Bu mövzular səhiyyə, təhsil sistemi, media, icmanın sosio-ekonomik problemləri və ya icma üzvlərinin öz gündəlik həyatlarında yaşayış yerləri, partnyorları ilə çətinlikləri haqqında ola bilər.
Görüşlərdə bir moderator iştirak edir və o, əvvəlcə mövzunu elan edir, daha sonra qrup içərisindəki diskussiyanı təmin edir.
“Əsas məqsəd birlikdə öyrənmək, ikinci məsələ isə qrup dəstəyidir. İcma özü öz problemlərindən daha agahdır və həll yollarını da daha yaxşı görə bilər. Bizim artıq bir icmamız formalaşıb. Üzvlər daimi olaraq görüşlərə gəlirlər, bir-biriləri ilə əlaqə qururlar və fərqli məsələlərdə bir-birilərinə kömək edirlər”, – Kamran bildirib.
Minority Azərbaycana danışan Kamran Əzizli onu da əlavə edib ki, idarəçilik təşkilatçılardan çıxıb, icmanın özünə keçməlidir, icma özü icma quruculuğunda iştirak etməlidir. Buna görə də onlar iki dəfə moderasiya təlimləri təşkil ediblər.
“Biz görüşlərdə müəyyən qeydlər aparsaq da, təəssüf ki, təhlükəsizlik səbəbilə görüşləri vizuallaşdıra, göstərə bilmirik və ictimai vəkillik işini apara bilmirik. İcma üçün təhlükəsiz mühit yaratmaq çox vacibdir. Ona görə də görüşlərdə səs yazısı, foto və video çəkilişi aparılmır. Sonuncu görüşümüz biseksual görünənliyi ilə bağlı idi. İcmanın öz daxilində olan və xaricdən gələn bifobiyanı necə təcrübə etdiyimizi və buna qarşı necə mübarizə apara biləcəyimizi, bi aktivizmini necə dəstəkləyəcəyimizi müzakirə etdik.”
İcmanın gördüyü işlər və növbəti görüşlər haqqında məlumatı onların qcollective.az İnstaqram səhifəsindən izləmək mümkündür.
Powered by Froala Editor