Trans biznes qadını Kainat gözəli müsabiqəsini 20 milyon dollara almaqla tarix yazıb

Taylandlı trans aktivist və iş qadını uzun müddətdir fəaliyyət göstərən Miss Universe Təşkilatını mühüm bir sövdələşmə ilə satın alıb.

Oktyabrın 28-də JKN Global Group PCL-in baş direktoru Anne Jakkaphong Jakrajutatip şirkətin dünya şöhrətli təşkilatı 20 milyon dollara aldığını elan edib.


Beynəlxalq müsabiqə əvvəllər onu 2015-ci ildə Donald Trampdan almış IMG Worldwide LLC şirkətinə məxsus olub.

Jakrajutatip əvvəllər Project Runway və Shark Tank kimi məşhur televiziya istehsalının yayım hüquqlarını alıb.



Powered by Froala Editor