Leigh Finke palatadakı ilk trans qadın deputat olub

Minnesota Nümayəndələr Palatasına seçilən ilk trans qadın Finke: "Kampaniyamıza əsla geri çəkilməyən qadınlardan və kuirlərdən ibarət kiçik icma rəhbərlik edib."

Minnesota Nümayəndələr Palatasına seçilən Leigh Finke palatadakı ilk trans qadın deputat olub.


ABŞ-ın Orta Qərb ştatlarından olan Minnesota Nümayəndələr Palatasına seçilən Leigh Finke palatadakı ilk trans qadın deputat olub.

Vəkil Finke öz qələbəsini Minnesota ştatının trans icması üçün “dönüş nöqtəsi” kimi səciyyələndirib və bu, ölkədə trans əleyhinə qanunların və zorakılığın artdığı bir vaxtda baş tutub. Finke qələbədən sonra Twitter hesabında bunları paylaşıb:

“Bizim kampaniyamız təmsilçiliyin gücünə inanan və heç vaxt təslim olmayan kiçik bir qadın və kuir icması tərəfindən idarə olunub. Sosial mediada onların mənim üçün nə ifadə etdiklərini söyləmək mümkün deyil. Mən hamınızı sevirəm və əbədi olaraq sevəcəyəm. Biz bacardıq, dostlar.”



Powered by Froala Editor