İspaniyada gender qanunlarına köklü islahatlar
İspaniya translara 16 yaşından etibarən öz şəxsiyyət vəsiqəsini təsdiq etmək imkanı verən gender qanunlarına köklü islahatlar edib
19/Feb/23
832
İspaniya translara 16 yaşından etibarən öz şəxsiyyət vəsiqəsini təsdiq etmək imkanı verən gender qanunlarına köklü islahatlar edib
İspaniya 16 yaşından etibarən trans insanlara psixoloji və ya tibbi müayinəyə ehtiyac olmadan öz şəxsiyyət vəsiqəsini təsdiqləməyə icazə vermək üçün genderin hüquqi tanınması qanunlarında köklü islahatlar keçirib.
16 fevral tarixində Madriddə qanunvericilər islahatları 191 lehinə, 60 əleyhinə, 91 nəfər isə bitərəf olmaqla qəbul edib.
İslahatlara əsasən, trans ispanlardan doğum haqqında şəhadətnamə kimi rəsmi sənədlərdə gender markerini dəyişdirmək üçün artıq tibbi sənədlər tələb olunmayacaq.
Bundan əlavə, gender disforiyası diaqnozu və ya iki illik hormonal müalicənin sübutu tələb olunmayacağı bildirilib.
Qanunda 16 yaşdan kiçik trans gənclərə də valideynlərin və ya qəyyumların razılığı ilə dəyişdirilmiş cinsiyyət işarələri üçün müraciət etməyə icazə veriləcəyi, 12 və ya 13 yaşlılar üçün isə hakimin icazəsinə ehtiyac duyacaqları qeyd edilib.
Powered by Froala Editor