Elham Choubdar azad edilib
İranda “homoseksuallığı təbliğ etmə” ittihamı ilə edama məhkum edilən LGBTQ+ fəalı Elham Choubdar həbsdən azad edilib
16/Mar/23
1106
Elham Choubdar azad edilib
İranda “homoseksuallığı təbliğ etmə” ittihamı ilə edama məhkum edilən LGBTQ+ fəalı Elham Choubdar həbsdən azad edilib. Bu barədə Pink News yazıb.
Choubdar 2021-ci ildə Sareh Sediqi-Həmədani ilə birlikdə homoseksuallığı və xristianlığı təbliğ etməkdə, həmçinin İslam Respublikasına qarşı çıxan media ilə ünsiyyətdə olmaqda, "yer üzündə əxlaqsızlıq" yaymaqda ittihamı ilə həbs edilib.
Amnesty İnternational yanvar ayında bildirib ki, İran hər iki qadına verilən ölüm hökmünü ləğv edib. Choubdar bir milyard rial girov ödənildikdən sonra bazar ertəsi 13 martda azad edilib.
Choubdarın azad edilməsi insan haqları qrupları tərəfindən İranda LGBTQ+ hüquqlarının mühüm qələbəsi kimi qeyd olunub.
Powered by Froala Editor