Twitter LGBTQİ+ ifadələri senzuralayıb
LGBTQİ+ icması ilə əlaqəli müəyyən ifadələr sosial media platformasında senzuraya məruz qalıb
03/Apr/23
950
Twitter LGBTQİ+ ifadələri senzuralayıb
Twitter istifadəçiləri və LGBTQİ+ fəalları narahatedici bir yeniliklə üzləşib. Belə ki, icma ilə əlaqəli müəyyən ifadələr sosial media platformasında senzuraya məruz qalıb.
Şənbə günü, aprelin 1-də bir çox istifadəçi birbaşa mesajlarda (DM) tvit önizləmələrinin artıq “trans”, “LGBT”, “LGBT+” və “BLM” (Qaradərililərin Həyatı Önəmlidir) sözlərindən ibarət tvitlər üçün göstərilmədiyini görüb. Bunun əvəzinə istifadəçilər sadə bir keçid linki görüblər.
LGBTQİ+ icması tərəfindən “trans-identified” və “t***n” kimi təhqir hesab edilən tvitlərin hələ də normal görünməsi vəziyyəti daha da narahatedici qılıb. Trans ekslüziv “LGB” ifadəsinin qeyd olunduğu tvitlər də təsirsiz görünür.
Böyük Britaniyada yerləşən Trans Safety Network həmçinin bildirib ki, ilkin sınaqlar müəyyən sözləri ehtiva edən tvitlərin platforma tərəfindən “deboost” edildiyini (təşviqinin zəiflədildiyini) göstərib. Bu sözlərə “trans”, “gey”, “lesbian”, “queer” və “bisexual” sözləri daxildir.
Bu açıq senzura Twitter istifadəçiləri və LGBTQI+ fəalları arasında narahatlığa səbəb olub, onlar bunun mühüm söhbətlərin susdurulmasına və onsuz da həssas icmaların marginallaşmasına səbəb ola biləcəyindən ehtiyat etdiklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, Twitter daha əvvəl LGBTQİ+ məsələləri ilə məşğul olmadığı üçün tənqid edilib, bəzi istifadəçilər platformada nifrət nitqi və təqib halları barədə məlumat veriblər.
Powered by Froala Editor