“Vücuduna səyahət” təlim proqramı
Baku Community Space tərəfindən həyata keçirilən “Qadın Liderlik Məktəbi” proqramının qadın lider iştirakçıları sizi “Vücuduna Səyahət” adlı təlim proqramında iştiraka dəvət edir
22/Apr/23
2726
“Vücuduna səyahət” təlim proqramı
Baku Community Space tərəfindən həyata keçirilən “Qadın Liderlik Məktəbi” proqramının qadın lider iştirakçıları sizi “Vücuduna Səyahət” adlı təlim proqramında iştiraka dəvət edir.
Proqram Bakıda yaşayan 18-25 yaş aralığında olan şəxslərin cinsi sağlamlıq mövzusunda məlumatlılığının artırılmasını və cinsi sağlamlıqla əlaqəli yaşanan problemlərin həll yollarını öyrənmələrini hədəfləyir. Layihənin məqsədi bu mövzudakı stereotiplərin və onlardan irəli gələn fəsadların aradan qaldırılmasıdır.
Seçilən iştirakçılar fərdlərdə cinsi inkişafın mərhələləri, sağlam cinsi əlaqə, sağlam qorunma vasitələri, reproduktiv sağlamlıq və bu kimi mövzular üzrə təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə iştirakçıları sessiyalar boyunca cinsi sağlamlıq mövzusunda olan mifləri, yanlış bilinən doğruları öyrənəcəklər.
Təlimlər cinsi və ictimai sağlamlıq sahələrindən olan mütəxəssislər tərəfindən keçiriləcəkdir və iştirak ödənişsizdir.
Proqram cinsi və ictimai sağlamlıq mövzusunda məlumatlanmaq, öyrəndiklərini tətbiq etmək və ötürmək istəyən bütün şəxslər üçün açıqdır.
Təlim məkanı əlilliyi olan və çətin hərəkət qabiliyyəti olan şəxslər üçün müyəssərdir.
Proqram müddəti: 6, 7, 13, 14, 20, 21 May, saat 14:00-18:00
Təlimlər həftəsonu saat 14:00-18:00 aralığında keçiriləcək.
Müraciət üçün son tarix: 25 aprel, 2023
Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar.
Qeydiyyat linkinə buradan keçid edin.
Əlavə məlumat üçün email: [email protected]
Telefon: +994 51 542 82
Powered by Froala Editor