Putin trans keçidi qadağan edən qanuna imza atıb
Rusiya RF-in prezidenti Vladimir Putin Rusiyada trans keçidi qadağan edən qanunu imzalayıb
25/Jul/23
853
Putin trans keçidi qadağan edən qanuna imza atıb
Rusiya RF-in prezidenti Vladimir Putin Rusiyada trans keçidi qadağan edən qanunu imzalayıb. Bu haqda Azadlıq radiosunun Rusiya xidməti məlumat verib. Sənəd hüquqi informasiyaların rəsmi portalında dərc edilib.
Sənədə əsasən, Rusiyada trans keçid çərçivəsində cərrahi müdaxilə və hormon terapiyası qadağan olacaq. Bunlara yalnız “uşaqlarda cinsiyyət formalaşmasının anadangəlmə fizioloji anomaliyalarının müalicəsi” üçün icazə veriləcək.
Bundan başqa, Rusiyada hətta trans keçidi başqa ölkədə keçirmiş şəxslər üçün sənədlərdə gender markerini dəyişmək qadağan ediləcək. Translar uşaq övladlığa götürə, uşaqlara qəyyumluq və ya himayədarlıq edə bilməyəcək. Eləcə də evli tərəflərdən biri trans keçidi həyata keçirdiyi halda hökumət evliliyi ləğv edəcək.
Qanun dərc olunduğu gündən qüvvəyə minir.
2022-ci ilin dekabrından etibarən Rusiyada homoseksuallıq, biseksuallıq və transgenderlik haqqında müsbət məlumatların yayılması qadağandır. Buna görə vətəndaşlar üçün 400 min rubla qədər, təşkilatlar üçün 5 milyon rubla qədər cərimə nəzərdə tutulub.
Powered by Froala Editor