Deputat "Barbie"nin qadağan edilməsini tələb edib
Deputat Butina LGBTİ+ təbliğatına görə Barbie-nin qadağan edilməsini tələb edib
02/Aug/23
926
Deputat Butina LGBTİ+ təbliğatına görə Barbie-nin qadağan edilməsini tələb edib
Xarici agentlik ittihamı ilə ABŞ-da cəza çəkən rusiyalı deputat Mariya Butina “Barbie” filminə baxıb və LGBTİ+ təbliğatına görə kuklanı Rusiya bazarından “çıxartmağı” təklif edib. Butina Duma TV-də müəllif proqramında Barbiyə qadağa qoyulmasını tələb edib.
“Mejdu Strok” (“Sətiraltı”) verilişində Butina “Barbie” filmindən şikayətlənib. Onun sözlərinə görə, “təəssüf ki”, filmi izləmək imkanı olub. Filmin Rusiyada əlçatımlı olmadığını nəzərə alaraq, siyasətçi onu necə izlədiyini dəqiqləşdirməyib. O, filmi pis və maraqsız, həmçinin ABŞ Demokratik Partiyasının reklamı adlandırıb.
“Gördüklərimiz: geylər, translar, dünyanı zəbt etmiş qadınlar. Barbie Mattel şirkəti ilə birlikdə aradan qaldırılmalıdır, çünki onlar LGBT mövzusunu buraya gətirirlər. Gedin, “Detskiy mir” (“Uşaqların dünyası”) izləyin. Qoy onlar onu özləri üçün təbliğ etsinlər, bizə lazım deyil. Üstəlik, dövlət hesabına heç bir şey almaq lazım deyil”, - Butina bildirib.
Deputat əlavə edib ki, yerli kuklaları təbliğ etmək lazımdır. Onların arasında Barbie kimi gözəlləri də var. O, dövlət büdcəsi hesabına hansı növ əcnəbi kuklaların alındığını deməyib.
Filmi müzakirə edən M.Butina bildirib ki, kuklanı istehsal edən Mattel şirkəti #MeToo hərəkatını maliyyələşdirir. Onun fikrincə, Hollivudun maliyyələşdirməsində əsas pay MKA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) üzərinə düşür.
“Bu, həqiqətən o qədər təbliğat aparan pis bir filmdir ki, sadəcə maraqlı deyil”,- M. Butina əlavə edib. O, bəzən LGBT-nin süjetə daxil edilməsinin haqlı olduğunu açıqlayıb. Məsələn, Alan Turinq haqqında filmdə. Butina onun məcburi müalicə nəticəsində ölümünün hansı şəraitdə baş verdiyini danışarkən, aparıcı deputatın sözünü kəsib.
Mariya Butina 2021-ci ilin sentyabrından bəri Dövlət Dumasındadır, o, Kirov vilayətində "Yedinaya Rossiya" (“Vahid Rusiya”) partiyasını təmsil edir. Uzun illər ABŞ-da yaşayıb, orada respublikaçılarla əlaqə qurmağa və Trampla Putin arasında gizli görüşü təşkil etməyə çalışıb. ABŞ Ədliyyə Departamenti onu xarici agent kimi qeydiyyatdan keçməmiş fəaliyyətdə və siyasətə təsir etmək cəhdində ittiham edib. Buna görə o, yarım il Amerika həbsxanasında yatıb və daha sonra Rusiyaya deportasiya edilib.
Maria Butina mülki silahların tərəfdarı, "Silah hüququ" təşkilatının qurucusu və 2012-ci ildə rusların özünümüdafiə üçün silah hüquqlarını genişləndirməyi təklif edən senator Aleksandr Troşinin hesabatının həmmüəllifidir.
O, özünümüdafiəni aşmaqda ittiham olunan insanları dəstəkləyib.
"Mejdu strok" proqramında Butina aparıcı ilə Qərb mətbuatını təhlil edir. Buraxılışlar tez-tez LGBTİ+ mövzusuna həsr olunur. Əvvəlki iki videonun əsas mövzusu Ukraynadakı kuir əsgərlər idi. Deputat onları "millətin degenerasiyası" adlandırmışdı. Butinanın Barbie-nin qadağan edilməsini tələb etdiyi buraxılış şənbə günü səhər yayımlanıb.
Powered by Froala Editor