Freddi Merkuri və Kvinin (Queen) bioqrafiyası olan “Bohemiya Rapsodiyası”nın Çində nümayiş olunması üçün bütün LGBT səhnələri çıxarılacaq. 

Hollywood Reporter-ə görə, Çin kinoteatrlarında nümayiş etdirilməsi üçün filmdən Merkurinin (Rami Malek tərəfindən ifa edilib) digər kişi qəhrəmanlarla öpüşdüyü səhnələr də daxil olmaqla ən azı bir dəqiqə kəsiləcək. Narkotik istifadəsi səhnələri də silinəcək. 

Çin telekanallarından birinin Rami Malekin “Oskar” mükafatı zamanı nitqində istifadə etdiyi “gey kişi” sözünü “xüsusi qrup” kimi senzura etdiyi də bildirilib.  

Film ilk ekranlara çıxdığı gündən "streytvoşinq" (straightwashing)damğası ilə tənqidçilərin hədəfinə çevrilmişdi və filmdə Merkurinin hedonist şəxsiyyətinin ört-basdır edildiyi bildirilmişdi. 

Mənbə: The Guardian