Gənc kuir qız təqibə məruz qalır
22 yaşlı Əzizova Ülkər Ehtiram qızı gender və seksual oriyentasiyasına görə ailəsi tərəfindən təzyiqə və təqibə məruz qalır
11/Jun/24
1148
Gənc kuir qız təqibə məruz qalır
22 yaşlı Əzizova Ülkər Ehtiram qızı gender və seksual oriyentasiyasına görə ailəsi tərəfindən təzyiqə və təqibə məruz qalır. Bu haqda o, Facebook sosial şəbəkəsində məlumat verib. O deyir ki, ailəsi onun bütün sənədlərini əlindən alaraq 2 il məcburi şəkildə kənddə saxlayıb və öldürməklə hədələyib.
Ülkər bildirir ki, 2 il əvvəl də oxşar təzyiqlərə görə xarici ölkəyə qaçmalı olub, lakin ailəsi onu tapıb və öz yanlarına geri qaytarıb. O, həmçinin psixotrop dərmanlar içməyə məcbur edildiyini və psixiatrik dispanserə yerləşdirilməklə hədələndiyini deyib.
Zərərçəkən yenidən evi tərk edib, lakin ailəsinin onu tapıb öldürəcəyindən qorxur: “Polisə mənim itkin düşdüyüm haqqında məlumat verib yenidən məni tapmaq kimi ehtimalları da var. Mənim hal-hazırda ərizə yazmaq üçün nə şəxsiyyət vəsiqəm, nə də 102-ə zəng vurmaq üçün telefon nömrəm var. Yenə də ən qısa zamanda sənədlərimlə bağlı birbaşa polisə müraciət etməyi planlayıram. Amma bu müddət ərzində ailəmin məni tapmasından qorxuram.”
Ülkər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmandan və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən kömək gözləyir.
Powered by Froala Editor