İlqarə Kazımova homofobik təhdidlərdə ittiham olunur
Minority Azərbaycana müraciət edən kuir aktivist müğənni İlqarə Kazımovanın təhdidlərinə məruz qaldığını deyib
13/Jun/24
1579
İlqarə Kazımova homofobik təhdidlərdə ittiham olunur
Minority Azərbaycana müraciət edən kuir aktivist müğənni İlqarə Kazımovanın təhdidlərinə məruz qaldığını deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl İlqarə Kazımovanın münasibətdə olduğu şəxs vasitəsilə İlqarə ilə tanış olub və onun tərəfindən homofobik suallara məruz qalıb. Daha sonra münasibətdə olduğu şəxsdən ayrılan İlqarə bunun səbəbini sözügedən kuir aktivistdə görərək, ona qarşı müxtəlif təzyiq üsulları tətbiq edib.
Onun seksual oriyentasiyasını yayaraq biabır edəcəyini deyib, eləcə də tez-tez getdiyi məkanda zərərçəkən barədə həqiqətə uyğun olmayan məlumatlar yayaraq onun ictimai nüfuzuna xələl gətirməyə başlayıb.
“Oriyentasiyama görə, mənim xəstə olduğumu, müalicəyə ehtiyacımın olduğunu deyirdi. Saxta profillərlə mənim barəmdə xoşagəlməz məlumatlar paylaşaraq getdiyim məkandakı DJ-ləri və digər insanları tag edirdi. Müxtəlif insanların telefonundan məni yığaraq təhqir edirdi.”
İyunun 13-də isə zərərçəkənə 21-ci polis bölməsindən zəng ediblər və İlqarə Kazımovanın ondan şikayətçi olduğunu bildiriblər.
Hazırda sözügedən kuir aktivist sonrakı addımlarını vəkili ilə müzakirə etdiyini bildirib.
Minority Azərbaycan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
Powered by Froala Editor