Sevilfestdə yerli kuir film “İçimdəki ev”
V Sevil Beynəlxalq Qadın Film Festivalı bu il 5-12 iyul tarixlərində baş tutacaq
29/Jun/24
1454
Sevilfestdə yerli kuir film “İçimdəki ev”
V Sevil Beynəlxalq Qadın Film Festivalı bu il 5-12 iyul tarixlərində baş tutacaq. Festivalda “Kuir nəzər” başlığı altında bir neçə filmin nümayişi nəzərdə tutulub. Onlardan biri də yerli rejissor Mehriban Kərimovanın “İçimdəki ev” filmidir.
“İçimdəki ev” transların siyasi cəhətdən məhdud və homofob cəmiyyətlərdə qarşılaşdıqları problemləri araşdırır. Gender kimliyinə sadiq qalaraq təhlükəsiz məkan tapmaq üçün mübarizə aparan gənc trans qadın Karmenin tək istəyi var: özünü güvəndə hiss etdiyi evi tapmaq. Bu yolda onun qarşısına hansı maneələr çıxa bilər? Nəticə etibarilə “İçimdəki ev” axtarış və aid olmaq istəyi ilə bağlıdır.
Film ilk dəfə Kopenhagen Memarlıq Festivalı - CAFx çərçivəsində bu ilin may ayında nümayiş olunub.
CAFx inklüzivliyi nəzərə alaraq şəhərləri necə qurmaq və planlaşdırmaq məsələsinə diqqət yetirir. Bu, digər şeylərlə yanaşı, keçən il dünyanın müxtəlif ölkələrindən mövzu ilə bağlı 340-dan çox təqdimatla yekunlaşan qısametrajlı film müsabiqəsi, eləcə də bütün dünyada davam edən geniş çeşidli kino və memarlıq seminarları vasitəsilə həyata keçirilib. Bu il CAFx Azərbaycandan olan partnyorla - Bakı Kuir İncəsənət Festivalı ilə sosial və ekoloji ədaləti həll etmək və kamera obyektivləri vasitəsilə tikinti və şəhər planlaşdırmasında bunun yaxşı təcrübələrini araşdırmaq və çatdırmaq üçün əməkdaşlıq edib.
Powered by Froala Editor