Elşad Xosedən kuirfob açıqlama
İyulun 5-i Meydan TV-nin İnstaqram səhifəsində “UEFA Merih Demirala iki oyun cəza verdi” başlığı ilə xəbər materialı yayımlanıb
08/Jul/24
945
Elşad Xosedən kuirfob açıqlama
İyulun 5-i Meydan TV-nin İnstaqram səhifəsində “UEFA Merih Demirala iki oyun cəza verdi” başlığı ilə xəbər materialı yayımlanıb. Materialda Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza verildiyi qeyd olunub.
Xəbərin şərh bölümündə tanınmış reper Elşad Xose “LGBT bayrağı göstərsəydi, qəhrəman olardı” şərhini paylaşıb.
Bu şərh yerli LGBTQİ+ icması daxilində narazılığa səbəb olub. Belə ki, Elşad Xosenin bu açıqlaması LGBTQİ+ icmasına dəstək verən məşhurları qınama xarakteri daşıyır.
Powered by Froala Editor