Tailand Bərabər Hüquqlar Koalisiyasına qoşulub
Tayland LGBTİ+ hüquqlarını qorumaq üçün yaradılmış Bərabər Hüquqlar Koalisiyasının 44-cü üzvü olub
18/Aug/24
811
Tailand Bərabər Hüquqlar Koalisiyasına qoşulan ilk Asiya ölkəsi olub
Tayland LGBTİ+ hüquqlarını qorumaq üçün yaradılmış Bərabər Hüquqlar Koalisiyasının 44-cü üzvü olub. Bu barədə Kaos GL məlumat verib.
Tayland bütün dünyada LGBTQİ+ların hüquqlarını qorumaq və təmin etmək vəzifəsi daşıyan hökumətlərarası qurum olan Bərabər Hüquqlar Koalisiyasının (ERC) 44-cü üzvü olub.
Beləliklə, Tailand Avropa, Amerika, Afrika və Yaxın Şərqdən üzv dövlətlərin də daxil olduğu beynəlxalq təşkilata qoşulan ilk Asiya ölkəsi olub.
Bərabər Hüquqlar Koalisiyası 2016-cı ildə Uruqvay və Hollandiyanın rəhbərliyi altında zorakılığın və ayrı-seçkiliyin azaldılması, LGBTQİ+ların kriminallaşdırılmasına son qoyulması və LGBTİQ+ların insan hüquqlarının dəstəklənməsi məqsədi ilə yaradılıb.
Powered by Froala Editor