Namizəd LGBTQİ+ları kriminallaşdırmağa çağırır
Belarusda seçkilər yanvarın 26-na təyin edilib
11/Jan/25
247
Namizəd LGBTQİ+ları kriminallaşdırmağa çağırır
Belarusda prezidentliyə namizəd LGBTQİ+ların cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib.
Belarusda seçkilər yanvarın 26-na təyin edilib.
Bu ay, yanvarın 26-da Belarusda prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası beş namizəd qeydə alıb. Onlardan biri, kommunist Sergey Syrankov seçki proqramında repressiyaları artıracağını və “LGBT təbliğatı və praktikası”na görə cinayət məsuliyyətinin tətbiqini vəd edib.
Eyni zamanda, Belarus Kommunist Partiyasının saytında bildirilib ki, partiya Sergey Syrankovun prezidentliyə namizədliyini Aleksandr Lukaşenkonun “əvəzinə deyil, onunla birlikdə” irəli sürüb. Qeyd edək ki, Belarusda prezident seçkiləri kampaniyası hakimiyyətin tam nəzarəti altında keçirilir. Bu seçkilərdə mövcud hakimiyyətin siyasətinə qarşı çıxacaq vahid namizəd yoxdur.
Powered by Froala Editor