TƏCİLİ XƏBƏR - Azərbaycanda LGBTQİ+ icması hədəfdə

Azərbaycan polisi Bakı və Sumqayıt şəhərlərində tanışlıq tətbiqləri vasitəsilə kuirləri tapıb, şantaja məruz qoyur. Bu haqda LGBTQ+ icmasının üzvləri Minority Azərbaycana məlumat verib.

Platformamızla əlaqə saxlayan şəxslər bildirib ki, polis əməkdaşları müxtəlif tanışlıq tətbiqləri vasitəsilə kuirlərlə tanış olur və yazışmağa başlayır. Daha sonra yazışmanı davam etdirmək üçün həmin şəxslərin Whatsapp hesabları istənilir. Bundan sonra onların kimliyi müəyyənləşdirilir və şəxslərə polis bölməsindən zəng daxil olur, bölməyə gəlmələri tələb edilir.

Zərərçəkənlər deyib ki, bölmədə onlara yazışmalar göstərilib və daha sonra şantaj yoluyla pul tələb olunub. Zərərçəkənlər  əvvəlcə bir neçə min AZN tələb olunduğunu, daha sonra “qiymətdə razılaşdıqlarını” qeyd ediblər.

Minority Azərbaycan bu cür qanunsuzluq halları ilə bağlı 10 nəfər zərərçəkən şəxs barədə məlumat əldə edib. Bu hadisələrlə əlaqədar icma üzvlərinə bu dövrlədə ehtiyatlı olmağı, tanışlıq tətbiqlərindən istifadəni bir müddətlik dayandırmağı tösviyə edirik. Həmçinin bu məlumatın icma daxilində paylaşılmasını xahiş edirik. 

Qeyd edək ki, Azərbaycan artıq 9 ildir LGBTQİ+ların hüquqlarının qorunması üzrə ILGA Avropa təşkilatının göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yeri tutur. Ölkədə mütəmadi şəkildə icmaya qarşı zorakılıq və qətl hadisələri baş verir. Azərbaycan hökuməti bu cinayətlərin qarşısının alınması üçün heç bir tədbir görmür. 

Powered by Froala Editor