Tayland translar üçün hormon əvəzedici terapiyanı pulsuz edib
Bu yaxınlarda nikah bərabərliyi qanununun qüvvəyə mindiyi Taylandda Milli Səhiyyə İdarəsinin təklif etdiyi pulsuz tibbi xidmətlərə hormon əvəzedici terapiya əlavə edib
29/Jan/25
123
Tayland translar üçün hormon əvəzedici terapiyanı pulsuz edib
Bu yaxınlarda nikah bərabərliyi qanununun qüvvəyə mindiyi Taylandda Milli Səhiyyə İdarəsinin təklif etdiyi pulsuz tibbi xidmətlərə hormon əvəzedici terapiya əlavə edib.
Taylandda nikah bərabərliyinin qanuna çevrilməsindən bir neçə gün sonra Tayland Səhiyyə Nazirliyi Tayland vətəndaşlarına təqdim edilən pulsuz tibbi xidmətlərə hormon əvəzedici terapiyanı əlavə edib.
Kaos GL-in verdiyi məlumata görə, bazar ertəsi Taylandın Səhiyyə Nazirliyi hormon əvəzedici terapiya üçün Milli Səhiyyə İdarəsinə 145,63 milyon Tayland bahtı ayırıb. Nazirlik bildirib ki, ayrılan pul 200 min transın səhiyyə xidmətini əhatə edəcək.
Taylandda nikah bərabərliyi qanunu yanvarın 22-dən qüvvəyə minib və qanunun qüvvəyə minməsi ilə Tailand Cənub-Şərqi Asiyada eynicinsli cütlüklərə evlilik hüququ verən ilk ölkə olub. Taylandda nikah bərabərliyi qanunu 2024-cü il iyunun 15-də qəbul edilib.
Qanun ölkənin Mülki Məcəlləsinə dəyişiklik edib və eynicinsli nikahda olan cütlüklərin qanuni, tibbi və maliyyə hüquqlarına, habelə vərəsəlik və övladlığa götürmə hüquqlarına malik olmasını təmin edib. Yeni qanun həm də rəsmi sənədlərdə ikili dildən deyil, gender-neytral dildən istifadə etməyi tələb edir.
Powered by Froala Editor