Viktor Orban azlıqların hüquqlarını pozmaqda ittiham olunur
Avropa Birliyi ölkələri Macarıstanın LGBTİQ+ hüquqlarını pozduğuna görə cəzalandırılmasını tələb edir
01/Jun/25
115
Avropa Birliyi ölkələri Macarıstanın LGBTİQ+ hüquqlarını pozduğuna görə cəzalandırılmasını tələb edir
Viktor Orban azlıqların hüquqlarını pozmaqda ittiham olunur
Avropa Birliyi ölkələri Avropa Komissiyasına sərt çağırışla müraciət ediblər— onlar Macarıstanın yeni qanununa görə cəzalandırılmasını tələb edirlər. Bu qanun LGBTİQ+ qürur yürüşlərinin keçirilməsini qadağan edir. Avropa ölkələrinin fikrincə, Budapeşt AB-nin əsas dəyərlərini — insan hüquqları, bərabərlik və ifadə azadlığını pozur.
Xatırladaq ki, birpalatalı Macarıstan parlamenti səs çoxluğu ilə kütləvi tədbirlərin “uşaqların müdafiəsi haqqında qanunu pozduğu halda” keçirilməsini qadağan edən qanunu qəbul edib. “Uşaq müdafiəsi” haqqında qanun homoseksuallığın və gender tranzisiyasının “təbliğinə” qadağa qoyur. Əslində bu, hər il keçirilən Budapeşt Qürur yürüşünün qadağan edilməsi deməkdir. Bundan əlavə, deputatlar LGBTİQ+lara qarşı yönəlmiş konstitusiya dəyişikliklərini də təsdiqləyiblər.
“Bu addımlardan ciddi narahatlıq duyuruq, çünki onlar insan ləyaqəti, azadlıq, bərabərlik və insan hüquqlarına hörmət kimi əsas dəyərlərə ziddir (...) Əgər bu addımlar Macarıstan tərəfindən lazımi qaydada yenidən nəzərdən keçirilməzsə, Komissiyanı əlindəki bütün hüquqi mexanizmləri dərhal tətbiq etməyə çağırırıq”, – deyə Avropa Birliyinin bəyanatında qeyd edilib.
Bu bəyanatı Almaniya, Fransa, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Finlandiya, İspaniya, Niderland, İrlandiya, Portuqaliya, Sloveniya, İsveç və Lüksemburq imzalayıb.
Powered by Froala Editor