Türkiyənin Ailə naziri Göktaş yenidən LGBTİ+ları hədəf alıb

“Qlobal bir səfərbərliyə rəhbərlik edəcəyik”

3-cü Beynəlxalq Ailə Simpoziumunda çıxış edən Türkiyənin Ailə Naziri Göktaş “cinsiyyətsizləşdirmə” ifadələrindən istifadə edərək LGBTİ+ları hədəf alıb. “Ailə quruluşunu təhdid edən risklərə qarşı fəaliyyətlər hazırlayacağıq,” deyə Göktaş çıxışında deyib.

Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, anti-LGBTİ+ nifrət yürüşlərini dəstəkləyən İstanbul Ailə Fondu tərəfindən “21-ci əsrdə Ailə Olmaq” mövzusunda təşkil olunmuş 3-cü Beynəlxalq Ailə Simpoziumunun açılışında çıxış edib.

Nazir çıxışında “cinsiyyətsizləşdirmə” sözünü işlədərək LGBTİ+ları birbaşa hədəfə alıb. Ailənin təhdid altında olduğunu iddia edən Göktaş deyib: “Cinsiyyətsizləşdirmə, fərdiləşmə, rəqəmsallaşmanın təsiri ilə zəifləmiş ictimai bağlar və dəyişən ailə quruluşu artıq sadəcə fərdi bir məsələ deyil. Bu, ölkəmizin gələcəyini maraqlandıran bir problemdir.”

Göktaş çıxışını doğum göstəriciləri ilə davam etdirərək əlavə edib:

“Biz gənc və dinamik əhalimizlə qürur duyan bir ölkəyik. Ancaq son illərdə həm dünyada, həm də ölkəmizdə gənc əhali nisbətində ciddi bir azalma var. Doğum göstəricilərində də oxşar azalma müşahidə olunur. Doğum səviyyəsi ölkə tarixindəki ən aşağı göstərici olan 1,48 səviyyəsinə qədər enib. Bu göstərici əhalinin özünü bərpa etmə səviyyəsi olan 2,1-dən xeyli aşağıdır. Bu mənzərə iqtisadi inkişafdan sosial struktura, istehsaldan səhiyyəyə qədər hər şeyə təsir edir.”

Powered by Froala Editor