Grindr genişlənir
Gey tanışlıq tətbiqi media platformasına çevrilir
Grindr öz tətbiqini eksklüziv materiallar və senzurasız şoularla “gey mədəniyyətinin mərkəzinə” çevirir. Bu barədə Out məlumat verib.
Populyar gey tanışlıq tətbiqi “Grindr Presents” adlı yeni funksiyanı istifadəyə verib – bu, platformanın bütün orijinal kontentini bir araya toplayan daxili media mərkəzidir. Burada videolar, redaksiya məqalələri, musiqi buraxılışları və eksklüziv premyeralar yer alır. Bütün bunlar tətbiqin içində əlçatan olacaq.
Grindr-ın bildirdiyinə görə, media mərkəzinin əsas özəlliyi – Katya Zamolodchikova (məşhur drag queen!) tərəfindən aparılan Who’s the Asshole kimi senzurasız şouların təqdimatıdır. Bu verilişləri YouTube və ya Instagram-da izləmək mümkün deyil. Tətbiqin içində isə onlar tam formatda – daha uzun, daha sərt və müəlliflərin nəzərdə tutduğu şəkildə təqdim olunacaq.
Şirkət vurğulayır ki, “Grindr Presents” strategiyanın bir hissəsidir: məqsəd tanışlıq platformasını yalnız ünsiyyət məkanı kimi deyil, həm də senzurasız, orijinal kvir-kontentin toplandığı “gey mədəniyyətinin mərkəzi”nə çevirməkdir. Media mərkəzinə daxil olmaq üçün tətbiqin yan menyusunu açıb “Grindr Presents” bölməsinə toxunmaq kifayətdir.
Powered by Froala Editor